“Azərbaycan Asiyanın Qərbə açılan qapısıdır”
Tarix: 03.05.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“Beynəlxalq arenada nüfuzunu artıran Azərbaycan Asiya üçün də əhəmiyyətli dövlətdir”

Hindistan Respublikasında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov hindistanlı həmkarı Salman Xurşid ilə görüşüb.
Hindistanın xarici işlər naziri səfərin ikitərəfli münasibətlərin gələcək inkişafına töhfə verəcəyini qeyd edərək, Hindistanın Azərbaycanla hərtərəfli əməkdaşlığa önəm verdiyini nəzərə çatdırıb.
Salman Xurşid bildirib ki, dinamik iqtisadi inkişafa nail olaraq, beynəlxalq arenada nüfuzunu artıran Azərbaycan Asiya üçün də əhəmiyyətli dövlətdir. O, Azərbaycanı Asiyanın Qərbə açılan qapısı kimi gördüklərini vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Hindistanla ticarət, enerji, informasiya texnologiyaları və hava nəqliyyatı sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirib. İkitərəfli müqavilə-hüquq bazasını genişləndirməyə ehtiyac olduğunu bildirən nazir bunun ikitərəfli əməkdaşlığa töhfə verəcəyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verən Elmar Məmmədyarov, Ermənistanın öz işğalçı siyasətini davam etdirdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əməl etmədiyini və işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıxarmadığını vurğulayıb.
Görüşdə, həmçinin beynəlxalq gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılmış və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdən sonra nazirlər əməkdaşlığa dair protokol imzalayıblar.
ANAR




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info