Rusiyada əcnəbi vətəndaşların qanunsuz işə götürülməsinə görə cəza artırılır
Tarix: 30.08.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Rusiya Daxili İşlər Nazirliyi İnzibati Xətalar Məcəlləsinə əcnəbi vətəndaşların qanunsuz işə götürülməsinə görə cəza ilə bağlı düzəlişlər haqqında qanun layihəsi hazırlayıb. Qanun layihəsində əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, eləcə də işəgötürənlərin əmək və ya mülki-hüquqi müqavilə olmadan əmək fəaliyyətinə görə məsuliyyətinin artırılması təklif olunur. Yeni qanun layihəsi təsdiq edilərsə, müvafiq müqavilə olmadan əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər 2 mindən 5 min rubladək cərimə oluna və Rusiya ərazisindən çıxarıla bilər. İşəgötürənləri isə 25 mindən 50 min rubladək cərimə, hüquqi şəxsləri 200 mindən 800 min rubladək cərimə, yaxud müəssisənin fəaliyyətinin 14-90 gün saxlanılması cəzası gözləyir. Bundan əlavə, miqrasiya kartında Rusiyaya işləmək məqsədilə gəldiyi qeyd olunmayan əcnəbiləri də məsuliyyətə cəlb etmək planlaşdırılır. Bu halda, Rusiya qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğun olaraq Rusiya ərazisində əmək fəaliyyəti göstərən əcnəbilər istisna olunur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info