Rusiya-İran yaxınlaşmasında növbəti addım
Tarix: 30.08.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


İran Rusiyaya gündəlik 100 min barel neft ixracının əvəzində müxtəlif məhsullar alacaq

Hər şeydən əvvəl, qeyd edilməlidir ki, son dövrlər Moskvanın Tehranla qarşılıqlı əlaqələri hansı istiqamətdə gücləndirmək niyyətində olduğunu müəyyənləşdirmək böyük maraq doğururdu. «İnosmi.ru» saytının mövzu ilə bağlı yayımladığı məqalə bu məsələyə işıq salır.
Məqalədə deyilir ki, hələ 2014-cü ildə başlayan danışıqlardan sonra İran və Rusiya, nəhayət ki, qarşılıqlı razılıq əldə edib: ”Razılığa görə, İran 45 milyard dollar müqabilində Rusiyaya hər gün 100 min barel neft ixrac edəcək. Rusiya isə əvəzində İran bazarlarını buğda və bu ölkəyə lazım olan digər mallarla təmin edəcək. Müqavilədə nəzərdə tutulan məbləğin yarısı, yəni 22,5 milyard dolları İrana avro ilə nağd ödəniləcək. Müqavilənin bu il sentyabrın əvvəlində qüvvəyə minəcəyi gözlənilir.
Belə görünür ki, İranın bu addımı Donald Tramp administrasiyasının gözlənilən sanksiyalarına cavabıdır. Belə ki, ABŞ-ın İranın raket proqramının inkişafı ilə bağlı məhdudiyyətlər qoymağa başlaması qarşı tərəfi alternativ yol aramaq məcburiyyətində qoyub. ABŞ administrasiyası İranın aparıcı dünya qüvvələri ilə bağlanmış nüvə razılaşmasının şərtlərinə riayət etməsinə çalışmır, əksinə, bu ölkənin iqtisadiyyatının yükünü artırmağa cəhd edir.
Qeyd edilməlidir ki, İranın ABŞ banklarında olan 100 milyard dollar neft gəlirlərini qaytarmaq cəhdi də, hələ ki, elə bir effekt verməyib. Lakin İran bu gün də bu ümidi itirməyib.
Bu baxımdan iki ölkə -Rusiya ilə İran arasındakı razılaşma İran iqtisadiyyatına tətbiq edilmiş sanksiyaların təsirilə əlaqədar bəzi nəticələr çıxarmağa imkan verir. Bunu bəzi iranlı siyasətçilər də etiraf edirlər. Onlar qarşılıqlı müqavilənin şərtlərini əsas tutaraq, İrana qarşı tətbiq olunan sanksiyaların ölkəyə ciddi təsir göstərməyəcəyini iddia edirlər.
Lakin qeyd edək ki, bu məsələ ilə bağlı elə İranın özündə də başqa cür mühakimə yürüdənlər mövcuddur. Onlar bu müqavilənin İranın regionda siyasi və hərbi mövcudluğunu genişləndirməməsinə, neft qiymətlərinin davamlı aşağı düşməsi fonunda ölkə iqtisadiyyatının mümkün tənəzzülünə də rəvac verə biləcəyini bildirirlər.
Təbii ki, hazırkı vəziyyəti müşahidə edərkən, bir müddət əvvəl iki ölkə arasında yaranmış soyuqluğun aradan qaldırılması üçün fürsət düşdüyü də görünür. Başqa sözlə, bu müqavilə, həqiqətən, İran üçün bir növ "xilas yolu" deməkdir.
Rusiya və İran arasındakı razılaşma, iki ölkənin əlaqələrinin inkişaf etdirilməsi İran-Rusiya qarşılıqlı asılılığını da qiymətləndirməyə imkan verir. Qeyd edilməlidir ki, bu asılılıq, xüsusən, Suriyada Hələb uğrunda savaşda Rusiyanın İranın hərbi gücündən istifadəsindən sonra daha böyük əhəmiyyət kəsb edirdi.
Bəzi yerli siyasətçilər İran tərəfindən bu addımın atılmasını ölkələrinin itaətkarlığı, Rusiyadan asılılığı kimi dəyərləndirirlər.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ rəhbəri Donald Tramp da İran-Rusiya razılaşmasına görə narahatlıq ifadə edərək, bu addımın İrana qarşı tətbiq edilmiş sanksiyalar rejiminin çaşdırılmasına hesablandığını bildirmişdi. Lakin bütün reallıqlara rəğmən, belə bir sual doğur: görəsən, Rusiya-İran müqaviləsi İrana iqtisadi problemlərini aradan qaldırmasında kömək edəcəkmi?”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info