Yaponiya və Britaniya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcəklər
Tarix: 30.08.2017 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Baş naziri Tereza Meyin Yaponiyaya ilk rəsmi səfəri başlayıb. NHK telekanalı xəbər verir ki, üç gün davam edəcək səfər çərçivəsində onun yaponiyalı həmkarı Şinzo Abe ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı və Şimali Koreyanın ballistik raket sınaqlarına qarşı cavab tədbirlərini müzakirə edəcəyi gözlənilir.Bu, T.Meyin ötən ilin iyulunda Baş nazir vəzifəsinin icrasına başladıqdan sonra Yaponiyaya ilk rəsmi səfəridir. Ş.Abenin T.Meyi qədim Kiotoya çay mərasiminə dəvət edəcəyi və axşam yeməyi zamanı onunla qeyri-rəsmi söhbət edəcəyi gözlənilir. Bu gün Meyin Tokioda Milli Təhlükəsizlik Şurasının xüsusi iclasına qatılacağı, Şimali Koreya tərəfindən buraxılan və Yaponiya üzərindən keçən son ballistik raket sınağı ilə əlaqədar qəbul ediləcək cavab tədbirlərinin müzakirəsində iştirak edəcəyi bildirilir. Həmin iclasda digər məsələlərin müzakirə olunacağı da gözlənilir. Məlumatda əlavə olunur ki, hazırda hər iki ölkənin rəsmi nümayəndələri təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutan birgə bəyannamə üzərində işləyirlər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info