Avropanın ən güclü dövlətində yoxsulluq artır
Tarix: 30.08.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Dw.com”:
“Almaniyada yoxsulluq riski altında yaşayan hər beş uşaqdan birinin ailəsi dolanışıq problemi ilə üzləşir”

Bu gün Almaniya Avropanın ən güclü dövlətlərindən biri hesab edilir. Buna baxmayaraq, ölkədə yoxsulluq riski getdikcə artır. “Dw.com”saytı xəbər verir ki, Almaniyada iqtisadi dirçəliş davam etsə də, uşaqların yoxsulluq şəraitində böyümə riski rekord səviyyəyə çatıb. Federal Statistika İdarəsinin məlumatına görə, 2016-cı ildə 18 yaşdan aşağı olan hər beş gəncdən biri yoxsuldur. 2015-ci ildə bu nisbət 20 faizdən az idi. Almaniyada, ortalama aylıq gəlirin 60 faizindən az hissəsini əldə edən əhali yoxsul sayılır. 2016-cı ildə əvvəlki Qərbi Almaniyada əhalinin 15 faizi, Şərqi Almaniyada (Berlin də daxil olmaqla) 18,4 faizi yoxsulluq riski altında olub.

İşsizlik yoxsulluq yaradır
İşsizlər arasında yoxsulluq riski xüsusilə yüksəkdir. Ötən il işləməyən əhalinin təxminən 57 faizi yoxsulluq riskinə məruz qalıb. 2015-ci ildə isə bu rəqəm 2,1 bal olmaqla daha yüksək olub. Şərqi Almaniyadakı işsizlər arasında yoxsullaşanların nisbəti 67 faiz olduğu halda, Berlin istisna olmaqla, Qərbi Almaniya bölgələrində bu nisbət 52,9 faiz təşkil edib. Baden-Württemberg və Bavariya Almaniyanın yoxsulluq riskinin ən az olduğu əyalətlər sayılır. 2016-cı ildə ən çox yoxsullaşanların yaşadığı əyalətlər isə 22,6 faiz ilə Bremen, 21,4 faiz ilə Saksoniya-Anhalt və 20,4 faiz ilə Mecklenburg-Vorpommern olub. Göründüyü kimi, uşaq böyüdən analar və ya atalar arasında yoxsulluq riskinin daha da artdığı müşahidə edilir.

Almaniyaya ildə 200 min immiqrant lazım olacaq
Aparılan bir araşdırmaya görə, alman məşğulluq bazarındakı keyfiyyətli işçi qüvvəsi çatışmazlığının 2030-cu ilə qədər üç milyon, 2040-cı ilə qədər 3 milyon 300 min nəfər olacağı gözlənilir. “Prognos” araşdırma institutunun hesabatında qeyd edilir ki, hökumət bu istiqamətdə təcili tədbirlər görməlidir. İnstitutun hesabatında, əsas səbəb kimi əhali arasında yaş həddinin artması, keyfiyyətli işçi çatışmazlığı riski göstərilir. Hesabatı hazırlayan araşdırmaçılardan Oliver Ehrentraut demoqrafik dəyişmə səbəbi ilə iş bazarındakı vəziyyətin önümüzdəki 10 - 20 ildə pisləşəcəyini ifadə edib: "Çalışacaq yaşdakı əhalidə 2040-cı ilə qədər 10 faiz güclü geriləmə olacaq". Ehrentraut beynəlxalq sahədə artan rəqabət, istehlak davranışlarında dəyişiklik və iqtisadiyyatın hər sahəsində artan rəqəmsallaşma səbəbi ilə bağlı bəzi peşələrin əhəmiyyətini itirəcəyinə də diqqət çəkərək, buna misal kimi gözətçilik, yük maşını sürücüsü, mühasibat və əmlakçılıq kimi peşələri göstərib. Araşdırmaçı, mühəndis, həkim, tibb assistenti kimi peşələrə 2020-ci ildən etibarən daha çox ehtiyac duyulacağı, 2030-cu ildən etibarən də, bu sahələrdə işçi qüvvəsi ilə bağlı çətinlik yaranacağı bildirilir. Araşdırmaçılar keyfiyyətli işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq, yaxud azaltmaq üçün təhsildə yeni addım atılmasının lazım olduğunu, xüsusilə də peşə təhsilinin təşviq edilməsi və pensiya sonrası iş həyatına davam etmənin təşviq edilməsi kimi tədbirlər təklif edirlər. Ancaq araşdırma nəticələrinə görə bütün bu tədbirlərə baxmayaraq, alman işçi qüvvəsi bazarına ildə 200 min miqrantın qatılması lazımdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Hökumət dəyişikliyinə getməlidir”
26.05.2019
Baş nazir Şinzo Abenin iyunun ortalarında İrana səfəri gözlənilir
26.05.2019
İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info