Şuşa - əsirlikdə olan mədəniyyət şəhərimiz
Tarix: 03.05.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Təhsil Nazirliyi, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümünə həsr olunmuş “Şuşa - əsirlikdə olan mədəniyyət şəhərimiz” adlı anım tədbiri keçirilib. Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirlərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin, dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, QHT nümayəndələrinin və Şuşa rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbir İlyas Əfəndiyev adına “Elitar Gimanziya”da baş tutub.
Qonaqlar öncə məktəbin həyətində və foyesində Şuşanın tarixindən və mədəniyyətindən bəhs edən sərgi ilə tanış olub, daha sonra onlara Şuşa şəhərinin tarixinə həsr olunmuş film nümayiş olunub.
Tədbiri giriş sözü ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq, erməni qəsbkarlarının Azərbaycan xalqının başına gətirdiyi faciələrdən və Şuşanın işğal olunmasından danışıb. O bildirib ki, Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağ bölgəsi çox zəngin tarixi və mədəniyyəti ilə bütün dünyada tanınır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyona yaxın məcburi köçkünü öz doğma yurd-yuvasından didərgin salması ilə yanaşı, bu ərazilərdəki mədəni irsimizə də ağır zərbə vurulub, tarixi abidələr talan edilib. Bu baxımdan dünya mədəniyyət irsinin nadir nümunələri sayılan Qarabağdakı, o cümlədən Şuşadakı mədəniyyət nümunələrimizin talan edilməsi dünya ictimaiyyətinin də daim diqqət mərkəzində olmalıdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Məmməd Məhərrəmov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti və Azərbaycan xalqının başına gətirilən bu cür faciələr daim dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.
Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Elman Məmmədov tədbirdə iştirak edən xarici ölkə səfirlərini, beynəlxalq qurumlarının nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe tutmağa çağırıb.
Sonda tədbir iştirakçılarına Şuşa Dram Teatrının və Şuşadan olan məktəblilərin birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info