Qubadlı rayonunda yaşı 150-1600 il olan 10 təbiət abidəsi qorunub
Tarix: 31.08.2017 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının cənub-qərbində, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin arasında 35 kilometr uzunluğunda Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonunun ümumi sahəsi 80250 hektardır. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən, Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlı rayonu 24 il öncə - 31 avqust 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunub.

AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Qubadlı rayonunda dövlət meşə fondu sahəsi 13160 hektar, o cümlədən meşə ilə örtülü sahə 7288, mədəni meşə əkini 11 hektardır.

Qubadlı meşələri qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, göyrüş, söyüd, ardıc, akasiya, yemişan, armud, zoğal, qarağat və başqa ağaclar ilə örtülü idi.

Qubadlı rayonu ərazisində ehtiyatları 6247 min kubmetr olan və mişar daşı istehsalı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan kərpic istehsalına yararlı Xanlıqkənd gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı əlvan bəzək daşları, istismar ehtiyatları 84 min kubmetr/gün olan Qubadlı yeraltı şirin su yataqları var.

Qubadlı ərazisində diametri 80 santimetr, hündürlüyü 35 metr, yaşı 160 il olan 2, diametri 150 santimetr, hündürlüyü 20 metr, yaşı 300 il olan 1, diametri 150 santimetr, hündürlüyü 20 metr, yaşı 300 il olan 2, Xanlıq kəndində diametri 800 santimetr, hündürlüyü 40 metr, yaşı 1600 il olan 3, Zilanlı kəndində Daşlı adlanan yerdə diametri 150 santimetr, hündürlüyü 35 metr, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Gödəklər kəndində isə diametri 80 santimetr, hündürlüyü 8 metr, yaşı 150 il olan 1 ədəd saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınaraq qorunub.

Özünəməxsus flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığı isə 1969-cü ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılaraq idarəetmə və maliyyə cəhətdən Bəsitçay Dövlət Təbiət Qoruğuna tabe idi. Yasaqlıq Qubadlı rayonunun Başarat, Deştahat, Muradxanlı, Armudlu kəndlərinin, Laçın rayonunun Yuxarı Fərəcan, Aşağı Fərəcan, Suarası Qışlaq, Xanlar kəndlərinin Dağlıq Qarabağ ərazisində isə Xocabird, Arpa Gədik, Tağ kəndlərinin ərazisində 20 min hektar sahəni əhatə edirdi.

Yasaqlıq dəniz səviyyəsindən 1500-1600 metr hündürlükdə olan Böyük Kirs, Bala Kirs, Maral dağlarının əhatəsindədir. Yasaqlığın yaradılmasında məqsəd bu ərazidə olan endemik fauna və flora növlərinin qorunması və artırılmasından ibarət idi. Burada qırmızı palıd, qoz ağacı, vələs, ağcaqayın kimi ağac növləri geniş massivdə yayılıb. Meşənin zənginliyi ərazidə heyvanat aləmi üçün əlverişli şərait yaradıb. Ceyran, cüyür, bezoar keçisi, dağ qoyunu, vəhşi donuz, qonur ayı, bəbir, vaşaq, canavar, tülkü, çaqqal, habelə turac, qırqovul, kəklik, meşə xoruzu, meşə toyuğu bu meşələrin daimi sakinləri hesab olunur.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info