Dövlət gənclərin potensiallarını reallaşdırması üçün geniş imkanlar yaradıb
Tarix: 04.05.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Hazırda dövlətimizin siyasətinin əsas prioritet istimaqətlərindən birini də gənclər siyasəti təşkil edir. Çünki müasir qlobal şərait gənclərdən daha təhsilli, dünyagörüşlü olmağı tələb edir. Hakimiyyət Azərbaycanın gələcəyinin milli ruhda savadlı, hərtərəfli inkişaf etmiş gənclərdən asılı olduğunu bildiyi üçün gənclər siyasətinə geniş spektrdən yanaşır. Bura Azərbaycanda və xaricdə təhsil, gənclərin sosial təminatı, kadrların gəncləşdirilməsi, onların cəmiyyətin həyatında rolunun artırılması və s. aiddir. Lakin burada hər şeyi dövlətin, hökumətin üzərinə yıxmaq düzgün deyil. Dövlətlə gənclər arasında vasitəçi rolunu isə Azərbaycanda fəaliyyət göstərən çoxlu sayda gənclər təşkilatları həyata keçirir. .Məsələ ilə bağlı bir sıra gənclər təşkilatlarının, ictimai birlik nümayəndələrinin fikirlərini öyrəndik.

“Gənclərin qayğıları, ehtiyacları diqqət mərkəzindədir”

“Gələcəyə Baxış” İctimai Hərəkatının həmsədri Aqil Acalov mövzu ilə bağlı qəzetimizə fikrini belə bildirdi: “Ümumiyyətl, Azərbaycanda gənclərlə bağlı aparılan siyasət bir çox dövlətlərə örnək ola bilər. Azərbaycanda gənclərlə bağlı müxtəlif qəbul edilən qərarlar, aparılan işlər, dövlət proqramları və s. onu göstərir ki, Azərbaycan dövləti gənclər siyasətini, onların qayğılarını, ehtiyaclarını diqqət mərkəzində saxlayır. Bir çox dövlət strukturlarına gənc kadrların təyin olunması Azərbaycanda gənclərə olan etimadın göstəricisidir. Xaricdə təhsil alan gənclərin sayı durmadan artmaqdadır və onların təhsillərini bitirib geri qayıtmasından sonra yüksək əməkhaqqı ilə dövlət orqanlarında vəzifələrə təyin olunması bunun bariz nümunəsidir” .

“Yaxın 3-4 il ərzində gənclərlə bağlı proqramların effekti daha
qabarıq şəkildə özünü göstərəcək”


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli verdiyi açıqlamada gənclərlə bağlı həyata keçirilən proqramlara və onun nəticələrinə diqqəti çəkdi: “Bu gün həqiqətən hökumət tərəfindən gənclərə yönəlik çox böyük layihə və proqramlar həyata keçirilir ki, bunların təsiri və effektivliyi təkcə indiki zamanla ölçülmür. Məsələn, ən böyük proqramlardan ikisini deyə bilərəm ki, bunlar doğrudan da gəncliyimizin hərtərəfli inkişafına, dövlət və vətəndaş cəmiyyəti quruculuğunda rolunun artmasına və peşəkar insan kapitalı bazasının formalaşmasına uzun müddətli töhfələr verəcək. Bunlardan Azərbaycan gənclərinin dövlət vəsaiti hesabına xarici ölkələrdə təhsil alması və Azərbaycan gəncliyi 2011-2015-ci illərdə proqramları gəncliyimizin inkişafına müsbət təsir edən, effektli strateji sənədlərdir. Bunların icrası bu gün uğurla davam etdirilir və inanıram ki, yaxın 3-4 ildə cəmiyyətimiz bunların effektivliyini daha qabarıq şəkildə görəcəklər. Artıq bunun ilk təsirləri sezilməkdədir. Eyni zamanda gənclərə yönəlik digər idman, sosial və s. istiqamətli proqramlar da həyata keçirilir ki, onların effektiv təsiri bu sadalanan sahələrdə gənclərin çoxsaylı uğurlara imza atmalarında, özlərini təsdiq edə biləcək şəxslər kimi formalaşmasında da görmək olar.

“Bəzi qüvvələrin alətinə çevrilməkdənsə, Gənclər Fondunun
layihələrinə qatılaraq potensiallarını nümayiş etdirsinlər”

YAP Xətai rayon Gənclər Birliyi İdarə Heyətinin üzvü Tərlan Səfərov xarici qüvvələrin təsiri altına düşən savadsız gənclərin bu zərərli fəaliyyətdən çəkindirilməsi yollarına toxundu: “Hazırda dövlətimiz tərəfindən həyata keçirilən gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident tərəfindən uğurla davam etdirilir. Aparılan kadr siyasətində gənclərə üstünlüyün verilməsi buna sübutdur. Gənclərimiz də bundan ruhlanır, onlara göstərilən etimadı doğrultmaq üçün çalışırlar. Ölkəmizdə bu gün həm gənclərlə, həm də cəmiyyətin ən müxtəlif sahələri ilə bağlı həyata keçirilən siyasət, qazanılan uğurlar hazırkı hakimiyyətin daxili və xarici siyasət kursunun düzgün şəkildə istiqamətləndiyinin təzahürüdür. Əlbəttə ki, burada cənab Prezidentin əməyini xüsusi vurğulamaq lazımdır. Ona görə də gənclərimiz qarşıdakı prezident seçkilərində birmənalı şəkildə İlham Əliyevə səs verəcəklər.
Əfsus ki, Azərbaycanın uğurlarını, nailiyyətlərini, inkişafını gözü götürməyən xarici qüvvələr və onların daxildəki uzantıları ölkənin ictimai-siyasi həyatını xaosa sürükləmək, öz çirkin məqsədlərinə çatmaq üçün savadsız gənclərdən istifadə edirlər. Belə qüvvələrə alət olmamaq üçün daha da savadlanmaq, müasir qlobal prosesləri anlamağa çalışmaq lazımdır. Ölkəmizdə gənclərimizin inkişafı üçün hər cür şərait var. Prezident yanında Gənclər Fondu yaradılıb. Belə gənclər kimə xidmət etdiyi məlum olmayan şəxslərə, qüvvələr xidmət etməkdənsə müxtəlif layihələr işləyərək fonda təqdim etsələr yaxşı olar. Müxtəlif layihələri həyata keçirərkən həm dövlətimizi təbliğ edər, həm də öz potensiallarını nümayiş etdirmiş olarlar. Çünki küçələrə çıxmaqla, pəncərələri sındırmaqla, ətrafdakı hər şeyi darmadağın etməklə, polislə toqquşub ona daş atmaqla dövlətə xidmət etmək olmaz”.

“Gəncin xaricdə təhsil alması, savadlı kadr kimi formalaşması üçün müvafiq addımlar atılır”

YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan isə mövzu ilə bağlı bunları dedi: “Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Yalnız yetkin cəmiyyətlərdə gənclərin enerjisindən lazımınca istifadə olunur və tez bir zamanda da bu, öz uğurlu nəticələrini doğurur. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərdə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub.
Bu gün Azərbaycan dövləti öz imkanlarını genişləndirdikcə, bütün sahələrdə dünya birliyi ilə ayaqlaşmağa çalışdıqca, gənclərin də müasir zamana müvafiq inkişafı vacib məsələyə çevrilir. Dövlətimiz bununla bağlı bir çox layihələr reallaşdırıb, yüzlərlə gəncin xaricdə təhsil alması, savadlı kadr kimi formalaşması üçün gərəkən addımları atıb. Bu baxımdan Azərbaycan gənci hazırda dünyanın ən mötəbər kürsülərində belə, özünə yer ala bilib. Xüsusən, xaricdə təhsil proqramları bəhs etdiyimiz uğurların əsasını təşkil edir. Onlar üçün dövlət bütün imkanları yaradıb, hətta onların təşkilatlanması və Azərbaycan dövlətinin mövqeyini birgə ifadə etmələri üçün geniş imkanlar da verilib. Sevindirici haldır ki, həmin gənclərin böyük əksəriyyəti dövlətin onlara olan etimadını doğruldur və Azərbaycanı yaşadığı və təhsil aldığı məkanda layiqincə təmsil edə bilir. Bunların içərisində bizim də dostlarımız var. Onların birgə layihələri bir gənc kimi məni də çox sevindirir. İnanıram ki dövlətimiz bundan sonra da bu siyasi xətti davam etdirməklə, Azərbaycanda milli insan kapitalının inkişafı üçün kifayət qədər böyük imkanlar yaradacaq. Gələcəkdə dövlətin idarə olunmasında gərəkli olacaq milli insan kapitalının formalaşması təkcə xaricdə təhsillə həyata keçirilməyəcək. Azərbaycan təhsil sitemində edilən islahatlarla ölkə daxilində də bu mühit yaradılacaq. Mən bir gənc kimi gələcəkdə məhz bu yönümdə daha çox işlərin görülməsini arzulayıram”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info