XİN Kanada deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə münasibət bildirib
Tarix: 31.08.2017 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Kanada parlamentinin üzvü Toni Klemanın Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır.
Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.
Hikmət Hacıyev deyib ki, Toni Klemanın bu qanunsuz səfəri maddi maraq müqabilində sıx əlaqələri olduğu erməni milli komitəsinin Kanada bürosu və erməni lobbisi tərəfindən təşkil edilib. Dəfələrlə rüşvətxorluq və korrupsiya əməllərində adı hallanan bu şəxs Azərbaycanın işğal olunmuş ərazilərinə maddi maraq müqabilində səfər edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü və qanlı etnik təmizləmə siyasətini pərdələməyə və ona bəraət qazandırmağa cəhd göstərir.
O, həmçinin göstərdiyi bu xidmət müqabilində gələcək seçkilərdə Kanada erməni lobbisinin maddi dəstəyini qazanmağa çalışır.
Onun Azərbaycan Respublikasının qanunlarının, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə müşayiət olunan və mənəvi-etik və humanist dəyərlərdən kənar bu əməlləri ilk növbədə Kanadanın parlamentarizm ənənələrinə və seçicilərinə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Ümid edirik ki, Kanada parlamentinin müvafiq etik komitəsi onun ölkə xaricindəki bu əməllərini araşdıracaqdır.
Toni Klemanı müşayiət edən Məjid Əl-Şəfi adlı şəxs QHT rəhbəri olsa da, Ermənistan Xarici İşlər Nazirliyi propaqanda məqsədilə qəsdən onu da Kanada parlament üzvü kimi təqdim edir.
Dini azlıqların hüquqları məsələsi ilə məşğul olan Məjid Əl-Şəfiyə Ermənistanın dünyada yeganə mono-etnik dövlətə çevrilməsi, Ermənistanda 300 mindən artıq köklü müsəlman Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, bu ölkədə yəzidilər, asorilər, molokan rusların təqiblərlə üzləşməsi, erməni qriqoryan kilsəsindən başqa digər xristian kilsə və icmaların fəaliyyətinə qarşı dözümsüzlük, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin talan edilməsi hallarına diqqət yetirməyə çağırırıq.
Sözügedən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və narazılığı Kanada Xarici İşlər Nazirliyinə və Kanadanın parlamentinə çatdırılıb.
Onların adları arzuedilməz şəxslər siyahısına daxil ediləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info