Naxçıvandan başlanan böyük xilaskarlıq missiyası
Tarix: 31.08.2017 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 1991-ci il 3 sentyabr özünün qurtuluş, istiqlal və inkişaf missiyası ilə Azərbaycan tarixində şanlı bir səhifə olaraq əbədiləşib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında ümummilli lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 26-cı ildönümünə həsr olunmuş “Naxçıvandan başlanan böyük xilaskarlıq missiyası” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, blokada vəziyyətinin yaratdığı çətinliklərə sinə gərən, düşmən təcavüzünə qarşı rəşadətlə müqavimət göstərən naxçıvanlılar ulu öndər Heydər Əliyevə böyük məhəbbət və inam bəsləyərək Ümummilli Liderin öz fəaliyyətini Ali Məclisin Sədri kimi davam etdirməsini istəyirdilər. Dahi rəhbərimiz Ali Məclisin Sədri kimi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər görüb, “hakimiyyət xalq üçündür” prinsipini reallığa çevirib. Ümummilli Lider real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə nail olub. Görkəmli dövlət xadiminin uzaqgörən siyasətinin nəticəsi olaraq 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi.
Bildirilib ki, həmin dövrdə muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilib. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən ilk mühüm amildir. Azərbaycanda torpaq islahatı ilk dəfə Naxçıvanda aparılıb.
“1992-ci il noyabr ayının 21-də Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə baş verdi: müstəqil Azərbaycanın qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı”, - deyən Sevda Quliyeva vurğulayıb ki, ciddi ictimai sifarişin nəticəsi kimi zamanın çağırışlarına cavab vermək məqsədilə yaradılan partiya ölkədəki və regiondakı ictimai-siyasi proseslərin əks-sədası olaraq, başlıcası isə xalqın arzu və istəklərinin reallaşdırılması üçün siyasət meydanında qısa zaman ərzində böyük nüfuz qazandı.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin yaşadılması, onun siyasətinin alternativsizliyinin birmənalı şəkildə qəbul edilməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığı ilə əlaqədardır. Ölkəmizin dahi rəhbər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması faktı da Ulu Öndərin şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiq edir. Bütün bunlar sübut edir ki, görkəmli dövlət xadiminin qiymətli irsi ölkəmizin müasir inkişafının əsasını təşkil edir. Bu gün həmin ideyalar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının şura üzvü Tahir Məmmədov, Çalxanqala kənd ərazi ilk partiya təşkilatının sədri Etiram İbrahimov çıxış ediblər.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” filmi nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info