SOCAR istiqrazları yenidən bahalaşır
Tarix: 31.08.2017 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib.
İstiqrazların təkrar bazarı üzrə market-meyker “PSG Kapital” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1005 dollara satmaq, 1007 dollara almaq olar.
“PSG Kapital”a görə, qiymət artımının səbəbi əhalinin istiqrazların xüsusiyyətləri barədə məlumatının artması və istiqrazlara tələbatın böyüməsidir. Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, eləcə də SOCAR-ın geri alma zəmanəti istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə bu qiyməti kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır. Xüsusilə hüquqi şəxslər tərəfindən istiqraz almaq üçün müraciətlər çoxalmaqdadır.
Məhz buna görə, son vaxtlar təkrar bazarda istiqrazların alqı-satqısı kəskin artıb. Təkcə avqust ayında təkrar bazarda 10 milyon dollardan artıq SOCAR istiqrazı alınıb-satılıb.
Xatırladaq ki, SOCAR istiqrazları Azərbaycanın fond bazarında hazırda ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk 7 ayında birjada 63,2 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da həmin dövrdə ümumi istiqraz bazarının 77,3 faizi deməkdir.
Ümumilikdə SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 106,2 milyon dollarlıq istiqraz ticarəti edilib. Bu da SOCAR istiqrazlarının emissiya həcmini də üstələyir.
Nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. İndiyədək SOCAR istiqrazlarına yatırım edənlər 3 dəfə (17 yanvar, 17 aprel və 17 iyulda) faiz gəliri alıblar. Bu il ərzində növbəti faiz ödənişi oktyabrın 17-də olacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info