Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib
Tarix: 31.08.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov ölkəmizi İran İslam Respublikasının Kərəc şəhərində keçirilən II beynəlxalq biotexnologiya konfransında təmsil edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Z.Əkbərov konfransda “Azərbaycanda buğda genotiplərinin yeni nəsil sekvenser texnologiyaları əsasında genotipləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları İranda hələ 2014-cü ildə keçirilmiş beynəlxalq konfransda iştirak ediblər. Konfransdan sonra İran Elmi-Tədqiqat Aqrar Biotexnologiya İnstitutu və İran Milli Genbankının alimləri ilə fikir mübadiləsi aparılıb, birgə tədqiqatların aparılması istiqamətində prioritetlər müəyyən edilib. Azərbaycanda aqrar biotexnologiya, molekulyar genetika və fiziologiya sahələrinin inkişafı, o cümlədən aqrar sahədə gen mühəndisliyinin nailiyyətlərindən istifadə və genetik modifikasiya olunmuş bitkilər üzrə biotəhlükəsizlik sisteminin yaradılması üçün İran, Yaponiya və s. ölkələrin alimləri ilə tədqiqatların aparılması, seminarların təşkili, kadr hazırlığı və beynəlxalq layihələrdə iştirakın təmin olunması məsələləri müzakirə olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19.08.2019
Cəbrayıl filialı “Azərxalça”nın nümunəvi emalatxanalarından biridir
19.08.2019
Tofiq Hüseynzadə haqqında “Vikipediya”da üç dildə məqalə yaradılıb
19.08.2019
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info