Armen Karapetyan: “ Son illərdə Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən xeyli güclənib“
Tarix: 31.08.2017 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


“Biz isə əhalinin Ermənistanı tərk etməsi səbəbindən xeyli zəifləmişik”

«Azərbaycanı təslim etmək yolu ilə Qarabağ probleminin həllinə 1994-cü ildə, Bakının zəifləmiş vaxtlarında nail olmaq olardısa, bu gün bu, artıq real görünmür». Ötən gün jurnalistlərlə görüşü zamanı bu fikirləri tarix elmləri namizədi, erməni publisist Armen Karapetyan bildirib. Bu barədə məlumat “News.am” saytında yer alıb. Tarixçinin fikrincə, həmin ərəfədə erməni tərəfi «Azərbaycan tərəfindən başlayan» müharibəni sonuncunun təslim olma məcburiyyəti şəklində məntiqi nəticəyə gətirə bilərdi. Amma bu edilmədi: «1994-cü ildə onlar bunu qəbul edərdilər. Ən yaxşı halda sonrakı-1995-ci ildə də qarşı tərəf bizimlə razılaşardı. Bəli, bu baş verə bilərdi. Lakin son illərdə Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən xeyli güclənib. Biz isə əhalinin Ermənistanı tərk etməsi səbəbindən xeyli zəifləmişik. Bu gün Azərbaycanı təslim etmək məcburiyyətində qoymağı mən real hesab etmirəm»- deyə, bildirən Karapetyan əlavə edib: «Eyni zamanda bütün bunları nəzərə alaraq, bizə yalnız danışıq prosesinə güvənmək qalır».
Tarixçi alimin fikrincə, bugünkü vəziyyətdə bu, ən optimal və ağlabatan həll yoluna gətirə biləcək yoldur: «Bəli, bəzi güzəştlər etmək məcburiyyətindəyik, bu realdır. Hazırda ermənilər üçün çətin olan bir vəziyyətdə mən bundan real yol görmürəm»-deyə, Armen Karapetyan bildirib.

«Bəli, bəzi güzəştlər etmək məcburiyyətindəyik, bu realdır. Hazırda ermənilər üçün çətin olan bir vəziyyətdə mən bundan real yol görmürəm»

Xatırladaq ki, 1993-cü ildə AXC-Müsavat cütlüyünün hakimiyyəti iflasa uğradıqdan sonra Azərbaycan dövlətinin sarsılmış dayaqlarını möhkəmlətməyə iki il vaxt sərf olundu. Bu müddət ərzində iki dəfə, həm 1994, həm də 1995-ci illərdə xarici dairələrin iştirakı ilə həyata keçirilməyə çalışılan dövlət çevrilişlərinin qarşısı yalnız Heydər Əliyevin qətiyyəti, cəsarəti, dövlətçilik təcrübəsi nəticəsində alındı.1995-ci ildə yeni Konstitusiya qəbul edildi və Azərbaycan inkişaf mərhələsinə daxil oldu. İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra isə Azərbaycan siyasi, iqtisadi və hərbi sahədə elə gücləndi ki, artıq ermənilərin bu sahələrdə dövlətimizi üstələməsi mümkün deyil. Təbbi ki, Azərbaycanda gedən prosesləri diqqətlə izləyən erməni tarixçi də reallığı görərək, artıq ermənilərin hərbi yolla nəyəsə nail olmalarının mümkünsüzlüyünü etiraf etməyə məcbur olur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info