“Xaricdən maliyyə alan QHT-lər Qərbin maraqlarına işləyir”
Tarix: 04.05.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Deutsche Welle”: “Rəsmi Moskva hesab edir ki, onların əsas məqsədi stabilliyi pozmaqdır”

Rusiyada qeyri-hökmət təşkilatlarının xaricdən maliyyə alması ilə bağlı aparılan yoxlamalar Avropa mətbuatı tərəfindən diqqətlə izlənir.
Məlumat verdiyimiz kimi, yeni qanuna əsasən, xaricdən maliyyə alaraq Rusiya daxilində fəaliyyət göstərən təşkilatlar «xarici agent» kimi qeydiyyatdan keçməlidirlər. Rusiya hakimiyyət orqanları bildirirlər ki, yei qanun QHT-lərin fəaliyyətinin qarşısını almır və onlar üçün heç bir yasaq gətirmir. Sadəcə, xaricdən maliyyə alan təşkilat Ədliyyə Nazirliyində «xarici agent» kimi qeydiyyatdan keçməli və aldığı maliyyənin məbləği, hansı işlərə xərclənməsi ilə bağlı hesabat verməlidir. Almaniyanın «Deutsche Welle» nəşrində dərc edilən məqalədə qeyd edilir ki, yeni qanun QHT-lər üzərindəki təzyiqi daha da artırıb. Yazı müəllifi «Qolos» təşkilatının timsalında qeyd edir ki, bir çox QHT yoxlamaların nəticəsindən asılı olmayaraq «xarici agent» kimi qeydiyyatdan keçmək istəmirlər. Bu, onlara cəmiyyət tərəfindən «xalq düşməni», «casus» kimi yanaşılmasına səbəb ola bilər. Alman nəşri yazır ki, Putin tərəfindən imzalanan qanun QHT sektorunda qayda-qanun yaratmağa, bu sahədə «qaykaları möhkəmləndirməyə» hesablanıb. Məqalədə vurğulanır ki, rəsmi Moskva xaricdən maliyyə alan bir çox QHT-ni Qərbin maraqlarına işləməkdə ittiham edir və bildirir ki, onların əsas məqsədi stabilliyi pozmaqdır: «Yaxın həftələrdə QHT-lərin «xarici agent» məsələsi ilə bağlı şikayətinə məhkəmədə baxılmalıdır. Yerli məhkəmədən istədikləri nəticəni ala bilmədikəri təqdirdə QHT-lər Avropa Məhkəməsinə müraciət edəcəklər».
ANAR




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info