Şahin Mustafayev Astarada vətəndaşları qəbul edib
Tarix: 31.08.2017 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Astarada Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verilib, bir sıra məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib.
 
Qurumun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
 
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehsal və emal müəssisələrinin yaradılmasına dəstək göstərilməsi, sitrus bitkilərinin əkini sahəsinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
 
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların arıçılıq, heyvandarlıq, çayçılıq və çəltikçiliyin inkişafına, mineral su istehsalı sahəsinin yaradılmasına güzəştli kreditlərin verilməsi, çəltik dəyirmanı üçün müasir avadanlıqların alınmasına dəstək göstərilməsi və s. müraciətlərinin həlli üçün müvafiq göstərişlər verilib. Belə ki, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə xurma istehsalının və ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb və Göyçayda müvafiq laboratoriyanın yaradılması barədə Assosiasiyanın müraciətinə lazımi köməkliyin  göstəriləcəyi bildirilib. Qeyd olunub ki, güzəştli kreditlərdən istifadə olunmaqla artıq Göyçayda bu sahədə logistik mərkəz yaradılır. Mərkəzin təşkili işlərinin sürətləndirilməsi məqsədilə əlavə güzəştli kreditin ayrılması qərara alınıb. Logistik Mərkəzin təşkili işləri bu ilin sonuna qədər başa çatdırılacaq və bunun üçün Assosiasiyaya hər cür dəstək  göstəriləcək.
 
Lerikdə mineral sular istehsalı müəssisəsinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsi barədə sahibkarın müraciəti dinlənilib, sahənin əhəmiyyəti və ixrac potensialı nəzərə alınaraq, məsələnin növbəti gün iqtisadiyyat nazirinin, müvəkkil kredit təşkilatının və sahibkarın iştirakı ilə geniş müzakirə edilməsi qərara alınıb.
 
Astarada keçirilmiş qəbulda Lənkəran, Lerik və Astara rayonları ilə yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.
 
Astarada keçirilmiş vətəndaş qəbulu çərçivəsində Ş.Mustafayev Neftçala və Masallı sənaye zonalarında görülən işlərlə tanış olub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info