Ermənistanın Londondakı səfirliyi qarşısında qeyri-adi aksiya keçirilib
Tarix: 31.08.2017 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Qubadlı rayonunun erməni silahlı bölmələri tərəfindən işğalının ildönümündə Londonda qeyri-adi aksiya keçirilib.
 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, matəm içində olduğunu bildirmək üçün qara geyinmiş skripkaçı Qubadlının işğalı günündə Ermənistanın Londondakı səfirliyi qarşısında Azərbaycanın kədərli musiqisini ifa edib.
 
"London küçələrində şəxsi mövqeyin dinc ifa edilməsinin Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomat hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib", - deyə məlumatda bildirilir.
 
TEAS-ın London nümayəndəliyinin başçısı Cek Peqoraro Qubadlının işğalı günü barəsində məlumat verdikdən sonra erməni diplomat Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi faktına sərt cavab verib, əsəblərini cilovlaya bilməyib, sonda polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşı isə bildirib ki, Böyük Britaniyada hər kəsin öz dinc etirazını nümayiş etdirmək hüququ var. 
 
Cek Peqoraro bildirib ki, bugünkü etiraz aksiyası Azərbaycanın Qubadlı rayonunun işğalının 24 illiyi ilə bağlıdır: "Qara paltar geyinmiş, üzü bağlı xanımın “Bayatı Şiraz” və “Sarı Gəlin” musiqilərini ifa etməsi qətlə yetirilmiş və ya öz yurd-yuvalarından didərgin salınmış azərbaycanlılara həsr edilir. Ermənistan səfirliyinin qarşısına yığışaraq biz ermənilərin yadına salmaq istəyirik ki, Azərbaycan Dağlıq Qarabağ və ona bitişik bölgələrin işğalı ilə heç zaman barışmayacaq”.
 

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı
14.03.2019
Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info