Azərbaycan birinciliyi başa çatıb
Tarix: 31.08.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda və Bakı Olimpiya Stadionu ətrafındakı yollarda çoxgünlük ötüşmələr üzrə Açıq Azərbaycan çempionatı keçirilib.
Federasiyadan Trend-ə verilən məlumata görə, 3 gün davam edən yarışda Gürcüstan və Rusiya velosipedçiləri də iştirak edib.
3 mərhələnin yekununa əsasən, gənclər kateqoriyasında 1-ci yerə yığma komandamızın üzvü Kərim Şirəliyev layiq görülüb – o 1-ci mərhələni 1-ci, 2-ci və 3-cü mərhələləri isə 2-ci sırada tamamlayıb. İlk yarış günündə finiş xəttini 2-ci, sonrakı günlərdə isə 1-ci keçən yığmamızın digər üzvü İvan Orlov ümumi təsnifatda Kərimdən 24 saniyə geri qalmaqla 2-ci yeri tutub. İlk üçlüyü isə Rusiyadan gəlmiş Telman Vəliyev tamamlayıb.

2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında qalib adını Qadir Mustafayev qazanıb – o ilk mərhələdə 7-ci, 2-cidə isə 3-cü olsa da, sonuncu yarış günündə geriliyi aradan qaldırmağa müvəffəq olub və fəxri kürsünün ən yüksək piləsinə qalxıb. Nəcəf Bağırov ilk 2 mərhələdə 1-ci nəticə göstərməsinə rəğmən, sonuncu yarış günündə liderliyi Qadirə təhvil verib və ümumi təsnifatda 2-ci yeri tutub. Gürcüstan yığma komandasının üzvü Avtandi Piranaşvili isə Açıq Azərbaycan birinciliyinin bürünc medalına layiq görülüb. Fərqlənən idmançılar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info