“Ermənistanda miqrasiya artıq pik həddinə çatıb”
Tarix: 04.05.2013 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“İş yerlərinin olmaması, iqtisadiyyatın zəifləməsi əhalinin, xüsusən gənclərin xarici ölkələrə köçməsinə səbəb olub”

“Müharibə yalnız Ermənistanı yox, eləcə də bütün Cənubi Qafqaz respublikalarını məhv edə bilər”. Bu sözləri “Çoxmillətli Gürcüstan” təşkilatının rəhbəri Arnold Stepanyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistanda iqtisadi çətinliklərdən qaynaqlanan miqrasiya pik həddinə çatıb. A. Stepanyan Dağlıq Qarabağ münaqişəsinin gec-tez həll olunacağını bildirib: “Ermənistanda iqtisadiyyat getdikcə iflasa uğrayır. İqtisadiyyatı tənəzzülə uğrayan dövlətin gələcəyi necə ola bilər? Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə Cənubi Qafqazda həyata keçirilən iri beynəlxalq layihələrdən kənarda qalıb. İş yerlərinin olmaması, iqtisadiyyatın zəifləməsi əhalinin, xüsusən gənclərin xarici ölkələrə köçməsinə səbəb olub. Ermənistanda miqrasiya artıq pik həddinə çatıb. Məhz bu səbəbdən Qarabağ münaqişəsinin tezliklə həll edilməsi Ermənistan dövləti üçün faydalı ola bilər.”
Arnold Stepanyan Xocalıda tikilən aeroportun istifadəyə verilməsi cəhdlərinə münasibət bildirib: “Bu ərazidə təyyarələrin uçuşunu həyata keçirmək düzgün deyil. Hər hansı layihəni həyata keçirmək üçün onun faydalı cəhətlərini düşünmək vacibdir. Lakin Xankəndində bu barədə düşünməyiblər. Azərbaycan dəfələrlə bu aeroportdan uçuş həyata keçirilərsə, təyyarələrin vurulacağını bildirib. Bu nəinki Dağlıq Qarabağda, eyni zamanda Ermənistan və Cənubi Qafqazda stabilliyə zərbə vura bilər. Onu da qeyd edim ki, Dağlıq Qarabağı heç kim tanımır və beynəlxalq təşkilatların Xocalı aeroportu haqqında səsləndirdikləri fikirlər düzgündür. Fikrimcə, ilk növbədə münaqişə olan ərazilərdə yaşayan sakinlərin ünsiyyətini bərpa etmək, onlar arasında yaxşı münasibət yaratmaq vacibdir. Sadə erməni və Azərbaycan vətəndaşı qarşılıqlı əlaqədə olmalıdır. Belə olmazsa, münaqişə daha da uzanacaq və onun həlli məsələsi gecikəcək. Əgər münasibətlər yaxşılaşarsa, münaqişələrin həlli tez tapıla bilər”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info