Prezident slovakiyalı və özbəkistanlı həmkarlarını təbrik edib
Tarix: 31.08.2017 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Slovakiyanın milli bayramı – Konstitusiya Günü münasibətilə bu ölkənin prezidenti Andrey Kiskaya təbrik məktubu göndərib.
 
APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycan və Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının bundan sonra da xalqların mənafelərinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O, slovakiyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
 
Prezident İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə də bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. “Müstəqillik yolu ilə inamla irəliləyən qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlar bizi sevindirir”, - deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Özbəkistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Prezident qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin xalqların iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib. O, müqəddəs Qurban bayramı münasibətilə Şavkat Mirziyoyevə və Özbəkistanın bütün müsəlmanlarına ən səmimi təbriklərini yetirib, həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Özbəkistan xalqına əmin-amanlıq və firavanlıq diləyib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info