Avropa miqrantlardan üz döndərdi
Tarix: 31.08.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


BMT köçkünlərin 70 faizinin iqtisadi səbəblərlə bağlı ölkələrini tərk etdiklərini təxmin edir

Bu gün mövcud olan qaçqın probleminə müxtəlif ölkələrin münasibəti fərqlidir. Bəzi ölkələr qaçqınların ərazilərinə daxil olmasına imkan versə də, bir qismi müxtəlif yollarla onların qarşısını kəsməyə çalışır. Bu günlərdə Parisdə təşkil olunan kiçik zirvə görüşünün nəticəsi Afrika köçkünlərinə "Avropaya gəlməyin" mesajı oldu. Mütəxəssislərin fikrincə, liderlər Afrikadan köç etməyi dayandırmaqda qərarlıdırlar, ancaq bunun maddi vəsaitlə də əlaqəli olduğunu bildirirlər.
Parisdə keçirilən zirvə görüşündə Avropaya keçmək üçün gözləyən yüz minlərlə afrikalı köçkünün taleyi müzakirə edildi. “Dw.com” saytının məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Avropanın yeni qaçqın və immiqrasiya siyasətini sürətli və məharətli bir şəkildə həyata keçirməyi hədəfləyir. Beləliklə, o, öz xalqına bu mövzuda nə isə edə biləcəyini və bununla bağlı mənfi nəticələrin aradan qaldırılmasını göstərmək istəyir. Makron immiqrantların istifadə etdiyi Aralıq dənizi marşrutunun bağlanması və miqrantların mümkün qədər Afrikada qalması ilə bağlı zirvəyə qatılan digər iştirakçıları da razı salıb. Afrika köçkünlərinə Avropada qaçqın statusu əldə etmək şanslarının, başqa sözlə, qanuni şəkildə yerləşmə imkanının heç olmayacağının da onlara izah edilməsi istiqamətində eyni görüşdə olduqları bildirildi.

Zalım davranış

Analitiklərin fikrincə, AB, bu baxımdan getdikcə daha da mərhəmətsiz olmaqda davam edir. İtaliya da digər Avropa ölkələrinin istəmədiyi bir çox immiqrantı ölkəsinə qəbul etmək istəmir. İspaniya immiqrantlar üçün alternativ marşrut olmamağa çalışır. Almaniya Baş naziri Angela Merkel də İtaliya və Alplar vasitəsilə Almaniyaya immiqrasiya axınının qarşısını almaq istəyir. Çünki Merkel Almaniyadakı dörd həftədən az müddət qalmış seçkiləri qazanmağı hədəfləyir.
Emmanuel Makron Liviya, Niger və Çadda yaradılacaq qaçqın qəbul mərkəzlərində sığınacaq üçün müraciətlərin araşdırılması üçün köhnə təklifini yenidən müzakirəyə çıxarıb. Liviya sahillərinə və hətta ölkənin cənub sərhədlərinə çatan köçkünlər üçün böyük qaçqın düşərgələrinin yaradılması artıq uzaqda deyil. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və qeyri-hökumət təşkilatları istədikləri qədər etiraz etməyə davam edəcəklər. AB isə qərarını verib: “Qapılar Afrika köçkünlərinə bağlanacaq”.
Qeyd edək ki, iyul ayında, keçən ayla müqayisədə Aralıq dənizi vasitəsilə Avropaya çox az sayda immiqrantlar keçib. Belə ki, qorxu siyasəti işləyir. Liviyadakı immiqrantlar nə etməlidirlər və ya bütün Nigerdən yola çıxanlar “çöl dövlətləri” arasından keçərkən nələr yaşayır, bütün bunlar avropalı siyasətçiləri çox da maraqlandırmır. Avropa siyasəti ən azı bir mövzuda uğur qazandı. Qaçaq immiqrasiya şəbəkələrinin və insan tacirlərinin işi tamamilə pozuldu.
Beləliklə, Parisdəki yığıncaq Avropanın qapılarını Afrika köçkünlərə bağlamağa, Niger və Çad kimi ölkələri də işbirliyinə daxil etməyə yönəlmişdi. Bu iki dövlətdən mühacir və sığınacaq axtaranların Liviyaya qədər gəlmələrinə maneə törətməyə cəhd göstərmələrini istəyirlər. Niger və Çad dünyanın ən yoxsul ölkələridir. AB-nin təqdim edəcəyi müəyyən yardımlar nəticəsində hər iki ölkənin dövlət başçılarının əməkdaşlığa yaxınlaşması gözlənilir. AB liderləri bu iki ölkəni o qədər qiymətləndirməyəcəklər. Bu çərçivədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) qaçqınları gözləyən təhdidlərlə bağlı xəbərdarlığına o qədər də məhəl qoyulmur.

Yaxşı həyat axtaran
evinə dönsün


Birləşmiş Millətlər Təşkilatı köçkünlərin 70 faizinin iqtisadi səbəblərlə bağlı ölkələrini tərk etdiklərini təxmin edir. Şimali Afrikaya qapıların bağlanması AB baxımından bir çox üstünlüyü da özü ilə gətirir. İtaliyanı yükdən qurtarır. İtaliya və Yunanıstandan gələn qaçqın və köçkünlərin AB daxilində necə paylanacağı istiqamətində davam etdirilən müzakirələri da ən azından sakitləşdirəcək kimi görünür.
AB-nin Aralıq dənizindəki sərhədləri bağlanıldığında, bu vəziyyət qısa zamanda “Şengen Bölgəsi”ndə də sərhəd nəzarətinin qaldırılmasını gündəmə gətirəcək. AB daxilində bu mövzuda da sıx bir müzakirə baş qaldırıb.
Beləliklə, Parisdə Avropa qalası bir az da Afrikaya doğru yönəldilmiş oldu. Makron, Merkel və digərləri bunu zəfər kimi qeyd edəcəklər. Amma qaçqınlar baxımından, bu vəziyyət acı bir məğlubiyyət deməkdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb
15.02.2019
Pakistan Hindistanın Baş nazirinin ittihamlarını əsassız adlandırıb
15.02.2019
Putin cüdo məşqində zədələnib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info