Tacikistan borc müqabilində Çinə ərazi güzəşt edə bilər
Tarix: 31.08.2017 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Çindən asılı vəziyyətə düşən Tacikistan borc müqabilində Pekinə xammal, strateji müəssisələrin nəzarət paketini, nəqliyyat marşrutuna nəzarəti, hətta müəyyən ərazisini təklif etmək məcburiyyətində qalacaq
Tacikistan dövlət başçısı Emomali Rahmon Çin dövlət başçısının dəvəti ilə Pekinə rəsmi səfərə gedib. Səfər sentyabrın 5-nə qədər davam edəcək. Tacikistan prezidenti Çin lideri ilə danışıqlardan sonra BRKS ölkələrinin sammitinə də qatılacaq. Rahmonun Pekin səfərində əsas məqsəd Çindən 2,3 milyard dollarlıq kredit almaqdır. Son zamanlar Tacikistanda Çin arasında ticarət dövriyyəsi sürətlə artır.
Çin artıq Tacikistanın ticarət-iqtisadi tərəfdaşları siyahısında Rusiyanı ilk sıradan çıxararaq birinci pilləni ələ keçirib. Tərəflər arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatacağı gözlənilir. Tacikistanın “Xovar” agentliyi bildirir ki, cari ilin ilk 3 ayında ölkəyə yatırılan birbaşa xarici investisiyanın 58 faizi Çinin payına düşür. Bu müddət ərzində Rusiya Tacikistana 20,6 milyon dollar yatırdığı halda, Çin 76,6 milyon dollar sərmayə yatırıb. Rusiyanın Tacikistandakı səfiri İqor Frolov azalmanı təsdiq edərək bunu vergilərin yüksək olması ilə əlaqələndirib. Eyni zamanda bildirib ki, nə qədər ki, Rusiyada yüz minlərdə tacik əmək miqrantı var, Moskva Düşənbə üçün vacib rol oynamaqda davam edəcək. Tacikistan parlament və hökumət binası inşa etmək üçün Çindən 2,3milyard dollar kredit almağı nəzərdə tutur. Amma ilkin razılaşma belədir ki, layihə Çin şirkətləri, mühəndisləri tərəfindən reallaşdırılacaq və Pekindən gələcək texnikalar, tikinti materialları vergidən azad olunacaq. Bu gün Tacikistanda Çindən əlavə kredit götürməyin nə qədər vacib olması ilə bağlı diskussiya gedir. Bir çoxları yeni kreditin götürülməsinə qarşıdır. Amma Qərb ölkələri və ya Rusiyadan çətinliklə kredit əldə edilməsi səbəbindən rəsmi Düşənbə Çindən asanlıqla kredit əldə edə bilir. Özü də aşağı faizlə, 20 il və daha çox müddətə kredit almaq olur. Buna görə də Düşənbə müxtəlif sosial-iqtisadi problemləri həll etmək üçün asanlıqla Çindən kreditlər cəlb edir. Tacikistan Elmlər Akademiyasının İqtisadiyyat və Demoqrafiya İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Xocaməhəmməd Umarov bildirib ki, Çinin kreditləri ilə reallaşdırılan bir sıra iqtisadi layihələr əhalinin həyat səviyyəsinə müsbət təsir göstərib: “Etiraf etmək lazımdır ki, Çin mühüm infrastruktur layihələri həyata keçirir. Düşənbə-Kulyab-Kalay-Xumb-Murqab-Kulma-Kaşqar avtomobil yolu Tacikistanın əsas şəhərini Çinin şimal-qərb hissəsi ilə birləşdirib. Düşənbə-Cirqatal-Sarı-Taş yolu isə ölkəni Qırğızıstanla birləşdirib. Çinin kreditləri ilə inşa edilən elektrik xətləri və stansiyaları Düşənbənin işıq problemini həll etməklə yanaşı, ölkənin cənubu ilə şimalı arasında vahid şəbəkə yaradıb”. Bu gün Tacikistanda gedən əsas müzakirələrdən biri də elə Çinlə bağlıdır. Düşənbədə yaxşı başa düşürlər ki, Tacikistan iqtisadi baxımdan Çindən asılı vəziyyətə düşüb və Pekinə 1,8 milyard dollar borc yaranıb. Xocaməhəmməd Umarov hesab edir ki, iqtisadi münasibətlərdə diversifikasiyaya getmək lazımdır ki, ölkə Çindən belə asılı olmasın. Eyni zamanda alınmış kreditlər hesabına yerli müəssisələri inkişaf etdirmək lazımdır. Ekspertlər hesab edirlər ki, kredit məsələsi və iqtisadi əlaqələr Düşənbəni Çinin maraq və təsir dairəsinə daxil edib. Nəzərə almaq laxımdır ki, Düşənbənin pulu yoxdur və yaxın illər ərzində də bu qədər çox pulu olacağı gözlənilmir. Bu isə o deməkdir ki, Tacikistan bütünlüklə Çindən asılı vəziyyət düşəcək. Deməli, alınmış kreditləri qaytarmaq üçün Tacikistan Pekinə xammal, strateji müəssisələrin nəzarət paketini, eləcə də ayrıca nəqliyyat marşrutuna nəzarət, hətta ərazi təklif etmək məcburiyyətində qalacaq. Bir dəfə artıq belə hal olub. 2011-ci ildə Tacikistan Çinlə imzalanmış sərhədin delimitasiya və demarkasiyası ilə bağlı sazişi ratifikasiya etməklə Şərqi Pamirdə mübahisəli min kv.m. ərazini qarşı tərəfə güzəştə gedib. Ekspertlər hesab edirlər ki, belə vəziyyət Tacikistanın milli təhlükəsizliyi üçün təhdid yaradır. Kreditorlar ölkə qarşısında elə tələblər qoya bilərlər ki, bu, milli təhlükəsizliyə və ərazi bütövlüyünə ciddi zərbə vura bilər. Günlərin birində Pekin verdiyi kreditlərin müqabilində Tacikistandan yeni ərazilər istəyə bilər. Onsuz da Çində Tacikistanın müəyyən ərazilərinə iddia ilə bağlı fikirlər tez-tez səsləndirilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info