Qubernator: “Qasırğanın vurduğu zərərin həcmi 180 milyard dollara çata bilər”
Tarix: 05.09.2017 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Texas ştatının qubernatoru Qreq Ebbott bazar günü bildirib ki, “Harvi” qasırğasının vurduğu zərərin həcmi 150 milyard dollardan 180 milyard dollara qədər ola bilər. Onun sözlərinə görə, “Katrina” və ya “Sendi” epik qasırğalarından “daha baha başa gələn” “Harvi” Texasın son 50 illik tarixində ən güclü qasırğa hesab edilir.
Avqustun 25-də Texas ştatının sahil zonasında başlanmış qasırğa və bunun ardınca baş vermiş faciəli daşqın nəticəsində təxminən 47 nəfər həlak olub, 1 milyondan çox insan öz evlərini tərk etməyə məcbur olub. Qasırğanın 480 kilometrlik yolu boyunca 200 mindən çox ev dağılıb.
Qubernator Ebbott ABŞ hökumətini Texasa maliyyə yardımı göstərməyə çağıraraq deyib ki, “Harvi”dən dəyən zərər 2005-ci ildə Yeni Orlean şəhərini və ətraf rayonları dağıtmış “Katrina", həmçinin 2012-ci ildə Nyu-York ştatına və ABŞ-ın şimal-şərq bölgəsinə ciddi ziyan vurmuş “Sendi”dən dəymiş zərərdən daha çoxdur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info