Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur
Tarix: 05.09.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Səməd Vurğun Poeziya Evi 1976-cı ildən fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış bu sənət məbədgahı Səməd Vurğunun 70 illik yubileyi münasibətilə istifadəyə verilib.
Ümummilli lider Heydər Əliyev 1979-cu ildə, Prezident İlham Əliyev isə 2004 və 2011-ci illərdə poeziya evində olublar.
Yarandığı gündən şeirsevərlərin ziyarətgahına çevrilmiş poeziya evində mütəmadi olaraq şair və yazıçılarla görüşlər, onların kitablarının təqdimatı, yaradıcılıqlarına həsr olunmuş tədbirlər keçirilir.
Poeziya evi istifadəyə verildiyi vaxtdan cəmi 2 dəfə əsaslı təmir olunub və son təmirdən 6 il vaxt keçdiyi üçün müasir tələblərə cavab vermirdi. Bu da onun normal fəaliyyət göstərməsinə mane olurdu.
Qazax Rayon İcra Hakimiyyətindən bildiriblər ki, 1 foyedən və 4 zaldan ibarət olan binada təmir işlərinə başlanılıb. Qiraət və digər zallarda, eləcə də foyedə suvaq-astar və üzlük işləri görülür. Eyni zamanda, poeziya evinin içəri hissəsində işıqlanmada olan çatışmazlıq artıq aradan qaldırılıb.
Poeziya evindəki parkın işıq sistemi ilə yanaşı həyətindəki fəvvarələr də əsaslı şəkildə təmir olunacaq. Fəvvarələrə gələn su xətlərinin yeniləri ilə əvəz edilməsi də nəzərdə tutulub. Suvaq-astar işləri başa çatdıqdan sonra binada rənglənmə işləri həyata keçiriləcək. Bir sözlə, poeziya evi yaxın vaxtlarda Səməd Vurğunun adına layiq halda poeziyasevərlərin ixtiyarına veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info