Vladimir Putin “İpək yolu” layihəsi haqqında
Tarix: 05.09.2017 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


“Biz Şimal dəniz yolu üzrə birgə işi fəal müzakirə edirik. Biz digər marşrutları öyrənirik. Məsələn, “Şimal-Cənub” marşrutunu. Biz Hindistanın Baş naziri ilə qeyd etmişik ki, konteynerlərin birinci partiyası İran və Azərbaycandan keçməklə artıq Sankt-Peterburqa çatıb və geri qayıdıb. Bütün bunlar praktik planda öyrənilir. Hansı daha effektiv olacaq? Test sınaqlarına baxarıq və ən optimal qərarı seçərik”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin BRİKS sammiti çərçivəsində keçirilən mətbuat konfransında “İpək yolu” layihəsi haqqında suala cavab verərkən söyləyib.
Vladimir Putin qeyd edib ki, Rusiyanın xüsusi idarə və şirkətləri və digər ölkələrdən tərəfdaşlar İpək yolunun çəkilməsi məsələsini öyrənirlər. “Qazaxıstandan avtomobil yolu praktik olaraq çəkilib. Biz işimizin özümüzə aid hissəsini vaxtında yerinə yetirməliyik. Çindən də yol gedir. Dəmir yolu marşrutlarına gəldikdə burada müxtəlif variantlar ola bilər: Qazaxıstandan keçməklə sonra bir qədər şərqə və cənuba, İrana doğru, ya da Rusiya ərazisindən keçməklə”, - deyə Rusiya Prezidenti bildirib.
Onun sözlərinə görə, Çin hökuməti Moskva-Kazan yüksəksürətli dəmir yolunun inşasında iştirak etməyi planlaşdırır. Rusiya ərazisindən keçməklə yüksəksürətli sərnişin-yük dəmir yolunun mümkünlüyü müzakirə edilir. “Əgər bu layihə reallaşdırılarsa, onda qatarların 200 km/saat sürətlə hərəkətini mümkün edə bilər. Bu o deməkdir ki, 3-4 günə yük Çindən, deyək ki, Almaniyaya çatdırılacaq. Bunlar çox maraqlı, perspektivli, lakin dəqiqləşdirilməsi tələb olunan layihələrdir”, - deyə Rusiya Prezidenti vurğulayıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info