Azərbaycan Belarus təcrübəsindən istifadə etmək niyyətindədir
Tarix: 04.05.2013 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri İsmət Abasov Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçlə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, görüşün məqsədi Belarus təcrübəsindən istifadə etməklə Azərbaycanda südlük-maldarlıq istiqamətində heyvandarlıq təsərrüfatlarının yaradılması, eyni zamanda, Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeddinci iclas prokolunun müvafiq bəndlərinin icrasından irəli gələn məsələlərin müzakirəsi olub.
Nazir görüşdə bildirib ki, respublikada mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, o cümlədən heyvandarlıqda süni mayalanmanın öyrənilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, "Aqrolizinq" ASC-nin xətti ilə hər il respublikaya yeni cins mal-qaranın gətirilməsi nəticəsində ət və süd istehsalı ilbəil artır. Heyvandarlıq sahəsində Belarus təcrübəsindən istifadə etməklə ölkəmizdə yaradılması nəzərdə tutulan heyvandarlıq kompleksi bu sahənin inkişafına öz töhfəsini verəcək.
Görüşdə bu təsərrüfatın yaradılması istiqamətində nəzərdə tutulan məsələlərin müzakirə edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin 2012-ci ildə Belarusa, Belarus Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin isə 2013-cü ildə Azərbaycana səfərlərinin nəticələri müzakirə olunub.
Səfir iki ölkə arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsigəməyəcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info