900-ə yaxın vətəndaşın diplomu tanınmayıb
Tarix: 05.09.2017 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Son bir ildə xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev bildirib ki, idarənin bir illik fəaliyyəti dövründə 3000-dən çox vətəndaş sənədlərinin nostrifikasiyası (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə bağlı müraciət edib. Onlardan təxminən 33%-dən imtina edilib və həmin şəxslərin diplomları tanınmayıb. İdarə rəisi qeyd edib ki, bu da rəqəmlə 900-ə yaxın vətəndaşın diplomunun tanınmaması deməkdir: “İmtinanın səbəbləri əsasən vətəndaşların tədris dilini bilməməsi, öz ixtisasından heç bir məlumatın olmaması, eləcə də daxil olan sərhəd məlumatına əsasən verilmiş imtinalar, ixtisasların təhsil pillələri üzrə uyğunsuzluğu və digərləri daxildir. Təhsil müəssisələrini uğurla bitirən 60%-dən çox şəxsin diplomları isə  ölkədə tanınıb”. 
İdarə rəisi vurğulayıb ki, Azərbaycanın təhsil müəssisələrində keyfiyyət artdıqca xarici ölkələrə axın daha çox olacaq: “Lakin bizim vətəndaşlar anlamalıdır ki, xarici ölkəyə əsasən daha fərqli və yaxşı təhsil arxasınca getməlidirlər. Yalnız diplom əldə etmək məqsədilə xarici ölkəyə gedilən təhsilin nəticəsində həmin şəxsin diplomunun tanınmasında əngəllər yaranır. Nəticə etibarilə ictimaiyyətə bu rəqəmlər çatdırılır, orta məktəb məzunlarına daha diqqətli olmaları tövsiyə edilir. Ölkə üçün daha prioritet və vacib sahələrin seçilməsi onların gələcəkdə işlə təminatı, lazımi ixtisas sahibləri olması deməkdir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info