Vergilər Nazirliyinin Tədris Mərkəzində ACCA sertifikatlaşdırma imtahanları təşkil edilib
Tarix: 05.09.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “Imza Group” MMC arasında əməkdaşlıq çərçivəsində “100 uğurlu imza” birgə təlim layihəsi həyata keçirilib. Təşkilatlar arasında əldə edilmiş razılığa əsasən, əməkdaşlıq layihəsinin mühüm komponentlərindən biri Tədris Mərkəzində ACCA  sertifikatlaşdırma imtahanlarının təşkili olub. Vergilər Nazirliyinin Tədris Mərkəzi ACCA sertifikatlaşdırma imtahanlarının təşkili üçün müvafiq lisenziyaya malikdir və ölkəmizdə peşəkar mühasiblər üçün beynəlxalq sertifikat hesab edilən bu imtahanları təşkil edir.
Sentyabrın 5-də keçirilən ilk ACCA sertifikat imtahanının ilkin mərhələsində 30 nəfər iştirak edib. İmtahanlar onlayn şəkildə və ingilis dilində aparılıb.
İmtahanla bağlı Tədris Mərkəzində keçirilən, Tədris Mərkəzinin rəisi Əli Həsənov, “İmza Group”un nümayəndələri və sertifikasiya təlimlərinin digər təşkilatçıları iştirak etdiyi tədbirdə bildirilib ki, Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “Imza Group” MMC arasında imzalanmış Memoranduma əsasən, bu qurumlar vergi qanunvericiliyi üzrə təlim materiallarının hazırlanması, vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək üçün tədbirlərin keçirilməsi, müvafiq sahələr üzrə birgə konfrans, seminar, təlim və görüşlərin keçirilməsi və müvafiq sahələr üzrə konsaltinq və digər xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edirlər.
Qeyd edilib ki, ACCA mərkəzi Londonda yerləşən, 1904-cü ildən bəri fəaliyyət göstərən, müxtəlif dünya ölkələrindən 188000 üzvü olan nüfuzlu bir təşkilatdır. Həmin təşkilatın təşkil etdiyi imtahanlardan uğurla keçmiş şəxslərə verilən sertifikatlar dünya ölkələrinin əksəriyyətində tanınır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info