Arda Turan və Messi “Barselona”da qaldı
Tarix: 05.09.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Klub prezidenti: “Messi hələ iyun ayında yeni müqaviləyə qol çəkib”
İspaniyanın “Barselona” futbol klubu Arda Turanla bağlı qərarını açıqlayıb. Kataloniya təmsilçisi türkiyəli futbolçunun icarəyə götürülməsinə izn verməyib. Klub rəhbərliyi türkiyəli futbolçunun transfer qiymətinin 25 milyon avro olduğunu açıqlayıb. Onlar, həmçinin gələn təkliflər göstərilən məbləğə yaxın olarsa, transfer haqqında düşünəcəklərini bildiriblər. “Barselona”nın UEFA Çempionlar Liqasında keçirəcəyi ilk matçda 25-liyə Arda Turanın da adı daxil edilib. Bununla da adı Türkiyənin “Qalatasaray” komandası ilə gündəmə gələn futbolçunun ispan klubunda qalması dəqiqləşib. “Barselona”nın liderləri Lionel Messi və Andres İnyestanın taleyinə də aydınlıq gəlib. Hər iki futbolçu karyerasını hazırkı komandasında davam etdirəcək. Bunu Kataloniya təmsilçisinin prezidenti Xosep Mariya Bartomeu deyib. O bildirib ki, gələn il azad agent kimi “Mançester Siti”yə keçəcəyi iddia edilən Messi yeni müqaviləyə çoxdan qol çəkib: “Messi hələ iyun ayında yeni müqaviləyə qol çəkib. Yığmasından gələn kimi, ictimaiyyətə rəsmən təqdim olunacaq. İnyesta ilə danışıqları da davam etdiririk. Andres karyerasının sonuna qədər “Barselona”da qalmalıdı və belə də olacaq. Tezliklə yeni müqavilə imzalayacaq”. Qeyd edək ki, Lionel Messi gələn ilə qədər olan anlaşmasının müddətini 2021-ci ilə qədər uzadıb. Andres İnyestanın isə müqavilə müddəti 2018-ci ilin yayına qədərdi.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info