Florida ştatında fövqəladə vəziyyət elan olunub
Tarix: 05.09.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


ABŞ-ın Texas ştatındakı “Harvi”dən sonra “İrma” qasırğasının Florida ştatının Orlando şəhərində güclü fəsadlar törədəcəyi gözlənilir. Türkiyə KİV-ləri xəbər verir ki, insanların təhlükəsizliyi üçün Floridanın 67 bölgəsində fövqəladə vəziyyət elan edilib. Texas ştatının qubernatoru Qreq Ebbott bildirib ki, “Harvi” qasırğasının vurduğu zərərin həcmi 150 milyard dollardan 180 milyard dollara qədər ola bilər. Onun sözlərinə görə, “Katrina” və ya “Sendi” epik qasırğalarından “daha baha başa gələn” “Harvi” Texasın son 50 illik tarixində ən güclü qasırğa hesab edilir. Avqustun 25-də Texas ştatının sahil zonasında başlanmış qasırğa və bunun ardınca baş vermiş faciəli daşqın nəticəsində təxminən 47 nəfər həlak olub, 1 milyondan çox insan öz evlərini tərk etməyə məcbur olub. Qasırğanın 480 kilometrlik yolu boyunca 200 mindən çox ev dağılıb. Qubernator Ebbott ABŞ hökumətini Texasa maliyyə yardımı göstərməyə çağıraraq deyib ki, “Harvi”dən dəyən zərər 2005-ci ildə Yeni Orlean şəhərini və ətraf rayonları dağıtmış “Katrina", həmçinin 2012-ci ildə Nyu-York ştatına və ABŞ-ın şimal-şərq bölgəsinə ciddi ziyan vurmuş “Sendi”dən dəymiş zərərdən daha çoxdur.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info