ABŞ Cənubi Koreyaya milyardlarla dollar dəyəri olan silah satacaq
Tarix: 05.09.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


“Amerika raket müdafiə sisteminin Cənubi Koreya ərazisində yerləşdirilməsi bu templə davam edərsə, Rusiya da müəyyən addımlar atacaq”

“ABŞ prezidenti Donald Trampın Cənubi Koreyanı Amerika hərbi texnika və silahlar ilə təchiz etmək qərarını təsdiqləməsi olduqca pis düşünülmüş bir addımdır”. Bu fikirləri “RİA Novosti” saytına Dünya Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko bildirib. Xatırladaq ki, bir müddət əvvəl Ağ Ev prezident Donald Trampın Cənubi Koreyalı həmkarı ilə söhbəti zamanı bu ölkəni “çoxmilyardlıq” silahla təchiz edəcəyi barədə məlumat yaymışdı. Ağ Ev onu da bildirib ki, ABŞ-ın Cənubi Koreyada yerləşdirilən döyüş başlıqlarının çəkisi ilə əlaqədar məhdudiyyətləri aradan qaldırılıb. Qeyd edilməlidir ki, iki lider arasında söhbətin əsas mövzusu KXDR-in növbəti nüvə və raket sınaqlarının keçirilməsi fonunda baş verib. Yada salaq ki, ötən bazar Pxenyan hidrogen bombasının uğurlu sınaqları barədə məlumat yayıb. Bütün baş verənlərə rəğmən, ABŞ liderinin Cənubi Koreyaya yeni Amerika silahları göndərilməsi barədə qərarına birmənalı münasibət yoxdur. Rusiyalı ekspert İqor Korotçenko bu qərarı o qədər də uğurlu addım kimi qəbul etmir. Onun sözlərinə görə, Şimali Koreya ətrafında yaranmış vəziyyət yalnız siyasi və diplomatik vasitələrlə həll edilə bilər. Korotçenko Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun “Rusiya sərhədləri yaxınlığında olan “THAAD” raket müdafiə sisteminin inkişafı Moskvanın bu münaqişəyə hərbi reaksiyası ilə sonuclana bilər” fikirlərini əsas gətirərək ölkəsinin bu hadisələrə passiv müşahidəçi qalmayacağını nəzərə çatdırıb.

Rəsmi Seul Şimali Koreyaya qarşı güc tətbiqi variantına hazır olduğunu nümayiş etdirmək üçün Yapon dənizində yeni təlimlər keçirib

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerika raket müdafiə sisteminin Cənubi Koreya ərazisində yerləşdirilməsinin bu templə davam edəcəyi təqdirdə, Rusiyanın da müəyyən addımlar atacağını deyib. Onu da qeyd edək ki, Koreya Respublikasının hərbi-dəniz qüvvələri Yapon dənizində yeni təlimlər keçirib. Məqsəd rəsmi Seulun Şimali Koreyaya qarşı güc tətbiqi variantına da hazır olduğunu nümayiş etdirmək olub. Təlimlərə friqad, patrul və sürətli gəmilər cəlb olunub. Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, təlimlərin məqsədi istənilən hərbi təxribata dərhal cavab veriləcəyini nümayiş etdirməkdir. Rəsmi Seul, həmçinin Şimali Koreyanın yeni raket sınağına hazırlanması ilə bağlı xəbərdarlıq edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info