İqtisadi inkişaf naziri Avropa İttifaqının komissarı ilə görüşüb
Tarix: 04.05.2013 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


İqtisadi inkişaf naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb. İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda Avropa İttifaqı ilə əlaqələrin genişlənməsinə böyük önəm verildiyini, ölkəmizin Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını qeyd etmiş, 1992-ci ildən başlanan Azərbaycan-Avropa İttifaqı əlaqələrinin tərəflər arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı və Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu, Şərq Tərəfdaşlığı Bəyannaməsi ilə daha da inkişaf etdiyini vurğulayıb. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya, Viza Sadələşdirilməsi, Readmissiya və Vahid Aviasiya Məkanına dair sazişlərlə bağlı müzakirələr aparılır. Nazir Şahin Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkəmizin regiondakı roluna dair məlumat vermiş, Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdıraraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi təhdid olduğunu qeyd edib.
Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrə və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

İLKIN






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info