Şamaxı və İsrailin Tiral Karmel şəhərləri arasında müqavilə imzalanıb
Tarix: 05.09.2017 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın Şamaxı və İsrailin Tiral Karmel şəhərləri arasında dostluq haqqında müqavilə imzalanıb. Şamaxıya gələn İsrailin Tiral Karmel şəhərinin meri Tal Ariyenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın bu tarixi şəhəri ilə tanış olub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Tiral Karmel şəhərindən gələn nümayəndələrə Şamaxının coğrafi mövqeyi, tarixi, sosial-iqtisadi həyatı, turizm imkanları barədə məlumat verib. İsrailin Azərbaycandakı səfirinin müavini Avital Ayzenberq, Şulami Mərkəzinin rəhbəri, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının üzvü Şaul Siman Tov, assosiasiyanın baş direktoru Lev Spivak və başqaları Azərbaycan-İsrail əlaqələrindən danışıb, münasibətlərin dostluq prinsipləri üzərində qurulduğunu söyləyiblər. Şamaxı ilə tanışlıqdan məmnun qaldıqlarını bildirən israilli qonaqlar bu əlaqələrin ölkələrimiz arasında tarixən formalaşan dostluq münasibətlərinə töhfə verəcəyini vurğulayıblar. Müqaviləni Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və İsrailin Tiral Karmel şəhərinin meri Tal Ariyen imzalayıblar. Qonaqlar “Aqro” MMC-nin Meysəri kəndindəki şərab zavodunda və üzüm plantasiyalarında, həmçinin AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info