BRİKS-in yeni hədəfi: yeni üzvlər cəlb olunacaq
Tarix: 05.09.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Putin: “Rusiya və Çin Şimal dəniz yolu ilə bağlı fəal müzakirə aparır. Biz digər marşrutları öyrənirik. Məsələn, “Şimal-Cənub” marşrutunu”

Çində keçirilən BRİKC (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ölkələrinin növbəti sammiti başa atıb. Bu toplantıda qlobal iqtisadiyyat, beynəlxalq və regional münaqişələr,, o cümlədən milli təhlükəsizlik məsələləri müzakirə edilib. Sammitə ev sahibliyi edən Çin lideri toplantıda bildirib ki, təşkilatın bundan sonrakı inkişaf istiqaməti BRİKS + formasında olmalıdır. Bu isə birliyə yeni üzvlərin daxil olması istiqamətində iş aparılmasına işarədir. Çin lideri toplantıda çərçivəsində keçirilən iclasların birində deyib ki, artıq 5 ölkə formatından kənara çıxmaq lazımdır. O, təşkilatı genişləndirməyi və inkişaf etməkdə olan ölkələr və bazarlara doğru “tərəfdaşlıq şəbəkəsinin diversifikasiyası”nı təklif edib. Çin mediası yazır ki, budəfəki toplantıya dəvət edilən ölkələr (Qviyena, Misir, Meksika, Tacikistan və Tailand) Pekinin yeni üzvlərlə bağlı siyasətini anlamaq üçün kifayətdir.

“Biz Hindistanın Baş naziri ilə qeyd etmişik ki, konteynerlərin birinci partiyası İran və Azərbaycandan keçməklə artıq Sankt-Peterburqa çatıb və geri qayıdıb. Bütün bunlar praktik planda öyrənilir”

BRİKS üzrə ixtisaslaşan ekspert Vladmiir Davıdov “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, bu gün beynəlxalq münasibətlər sistemində status-kvo sürətlə dəyişir. BRİKS + formatı isə bir çox ölkə iqtisadiyyatına dəyişən sistemdə özlərinə asanlıqla yer tutmağa kömək edə bilər. “Sberbank”ın Çin filialının rəhbəri Sergey Çıplakov bildirib ki, Çin lideri indiyə qədər açıqlamalarında əsas vurğunu Cənub-Cənub formatında edirdi. Amma bu dəfə keçirilən sammitdə Çin lideri Cənub-Şimal dialoquna xeyli yer ayırıb. O, qeyd edir ki, BRİKS təşkilatı inkişaf etməkdə olan ölkələri yeni ideya ətrafında birləşdirməyə çalışır və bu mərhələli şəkildə həyata keçiriləcək. BRİKS-in bankının bir çox yerdə regional bölməsinin açılması planlaşdırılır. İlk belə bankın Afrikada açılması ilə bağlı qərar qəbul edilib. BRİKS ölkələrinin qəbul etdiyi yekun bəyannamadə qeyd edilib ki, təşkilat birtərəfli hərbi müdaxilə, iqtisadi sanksiya və birtərəfli şəkildə məcburedici tədbirlərin görülməsinə qarşıdır. Ölkələr öz aralarında hesablaşmalar və birbaşa investisiyaların milli valyutalarla edilməsi ilə bağlı razılıq əldə ediblər. “Sberbank”ın Çin filialının rəhbəri bildirib ki, hesablaşmaların milli valyutalarla edilməsi məsələsi bir qədər siyasiləşdirilir. Çünki BRİKS ölkələrinin ümumi ticarətinin həcmi 350 milyard dollar, qarşılıqlı investisiyalar isə 27 milyard dollardır. Belə olan halda dollardan qısa müddət ərzində imtina edə bilmək ciddi yanaşma deyil. Sammitin yekunu ilə bağlı keçirilən mətbuat konfransında iştirak edən Rusiya dövlət başçısı Putin bildirib ki, BRİKS heç bir şübhə yer olmadan çox böyük perspektivi olan birlikdir. Putin təşkilatın Rusiyanın təşəbbüsü ilə yaradıldığını qeyd edərək bildirib ki, bir araya gələn ölkələrin üst-üstə düşən maraqları çoxdur. Həm də birlik qlobal iqtisadiyyata ədalətli xarakter verməyə çalışır. Rusiya dövlət başçısı bildirib ki, BRİKS ölkələri bütün əsas məsələlər üzrə mövqelərini razılaşdırmağı bacarıblar. Putin bildirib ki, Rusiya və Çin Şimal dəniz yolu ilə bağlı fəal müzakirə aparır: “Biz digər marşrutları öyrənirik. Məsələn, “Şimal-Cənub” marşrutunu. Biz Hindistanın Baş naziri ilə qeyd etmişik ki, konteynerlərin birinci partiyası İran və Azərbaycandan keçməklə artıq Sankt-Peterburqa çatıb və geri qayıdıb. Bütün bunlar praktik planda öyrənilir. Hansı daha effektiv olacaq? Test sınaqlarına baxarıq və ən optimal qərarı seçərik”. Vladimir Putin qeyd edib ki, Rusiyanın xüsusi idarə və şirkətləri və digər ölkələrdən tərəfdaşlar İpək yolunun çəkilməsi məsələsini öyrənirlər: “Qazaxıstandan avtomobil yolu praktik olaraq çəkilib. Biz işimizin özümüzə aid hissəsini vaxtında yerinə yetirməliyik. Çindən də yol gedir. Dəmir yolu marşrutlarına gəldikdə burada müxtəlif variantlar ola bilər: Qazaxıstandan keçməklə sonra bir qədər şərqə və cənuba, İrana doğru, ya da Rusiya ərazisindən keçməklə”. Onun sözlərinə görə, Çin hökuməti Moskva-Kazan yüksəksürətli dəmir yolunun inşasında iştirak etməyi planlaşdırır. Rusiya ərazisindən keçməklə yüksəksürətli sərnişin-yük dəmir yolunun mümkünlüyü müzakirə edilir: “Əgər bu layihə reallaşdırılarsa, onda qatarların 200 km/saat sürətlə hərəkətini mümkün edə bilər. Bu o deməkdir ki, 3-4 günə yük Çindən, deyək ki, Almaniyaya çatdırılacaq. Bunlar çox maraqlı, perspektivli, lakin dəqiqləşdirilməsi tələb olunan layihələrdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info