“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə növbəti ixrac
Tarix: 06.09.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Gürcüstana avtomobil aksessuarları və yağları ixrac edilib
Azərbaycanda fəaliyyət göstərən "AV İmpex" MMC "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə Gürcüstana avtomobil aksessuarları və yağlarını ixrac edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, "AV İmpex" MMC-nin nümayəndəsi Vüsal Civişovun ABŞ, Hindistan və Çindən idxal etdiyi avtomobil aksessuarları və yağlarının Gürcüstana ixracı üçün tələb olunan sertifikatlar barədə ərizəsi müsbət cavablandırılıb. İqtisadiyyat Nazirliyinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə inteqrasiya olunan xidməti ixrac üçün mənşə sertifikatının 4 saat müddətində tam hazır edərək sahibkara təqdim edib. "AV İmpex" MMC-nin nümayəndəsi V.Civişov sertifikatı əldə etdikdən sonra bildirib ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac olunan sertifikatı qısa müddətdə əldə etməyə nail olub. O əlavə edib ki, Mərkəzdə sahibkarların effektiv və səmərəli ixracı üçün hər bir şərait yaradılıb. Qeyd edək ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin fərmanı əsasında yaradılıb. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında fəaliyyət göstərir.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info