“Erməni lobbisi “əldəqayırma”, satılmış təşkilatlara ölkəmizlə bağlı qərəzli sifarişlər verirlər”
Tarix: 06.09.2017 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən ölkəmiz barədə qərəzli yazı hazırlanıb, eyni zamanda, bu yazıya istinadən "BBC News” saytında 2017-ci il sentyabrın 5-də "Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və "Guardian” qəzetində bu məsələ ilə bağlı məqalə dərc edilib.
Məsələyə münasibət bildirən QHT sədri, internet-media eksperti Səbuhi Abbasov budəfəki sifarişli hücumun qeyri-peşəkar və bəlli məqsədlərə xidmət etdiyini dedi: "The Organized Crime and Corruption Reporting Project” (OCCRP)təşkilatının hazırladığı "hesabat” qeyri-peşəkar və qərəzlidir. Bunu qurumun rəsmi “Facebook” səhifəsinə daxil olanda görmək mümkündür. Adını beynəlxalq, demokratik təsisat kimi təqdim edən təşkilat rəsmi səhifəsində ana fotonu, son bir neçə günlük fəaliyyətini tamamilə Azərbaycana həsr edib. Bu bilavasitə beynəlxalq səviyyədə “reketçilik” fəaliyyətidir. Burada açıq şəkildə iki məqamı görmək mümkündür: 1-ci məqam qurumun idarəçiliyində ermənilərin olması və erməni lobbisi tərəfindən maliyyələşmə, 2-ci məqam isə beynəlxalq “reketçilik” fəaliyyəti. Görünən odur ki, bu təşkilat 2 faktorun "gücündən” istifadə edərək ölkəmizin beynəlxalq aləmdəki imicinə ciddi şəkildə xələl gətirmək niyyətində olublar. Ancaq bu gün dünya uydurmalarla deyil, reallıqlarla hesablaşır. Prezident İlham Əliyev nəinki regionda, bütün dünyada ilk sıralarda qərarlaşan peşəkar siyasətçilərdən liderlərdəndir. Dünyanın bir sıra siyasi gərginliklərinin çözülməsində İlham Əliyevin siyasi nüfuzundan tez-tez istifadə olunur. Bundan başqa ölkəmizdə aparılan iqtisadi islahatlar, tarazlaşdırılmış siyasi manevrlər erməni lobbisini ciddi şəkildə təşvişə salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində birincinin işğalçılıq siyasəti bu ölkəni tamamilə məhvə sürükləyib. Ermənistan dövrünün ən acınacaqlı günlərini yaşayır: iqtisadi blokada, siyasi gərginlik, demoqrafik böhran, mədəni çöküş bu ölkəni uçuruma aparır. Ermənilərin bu gün əllərində olan yeganə güc lobbilərinin informasiya alətidir. Lobbi təşkilatları əllərində olan mövcud maliyyə imkanlarından istifadə edərək Avropada, ABŞ-da olan bütün "əldəqayırma”, satılmış təşkilatlara ölkəmizlə bağlı qərəzli sifarişlər verirlər. Hesab edirəm sifarişlərdə əsas hədəf kimi ölkə başçısının ailəsinin göstərilməsi təsadüfi deyil. Məsələ burasındadır ki, 1-ci Vitse-prezident Mehriban Əliyevanın son bir neçə ayda həyata keçirdiyi islahatlar dünyada baş verən yeniliklərə adekvat şəkildə həyata keçirilir. Görünən odur ki, bu siyasətin ölkəmizi hansı uğurlara aparacağını erməni lobbisi çox gözəl dərk edib. Lakin əvvəlkindən fərqli olaraq öz qəzəblərini, kinlərini hesabata töküblər. Məhz buna görə hesabat qeyri-peşəkar və yumşaq desək dünya üçün qeyri-ciddidir”
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info