Naxçıvan Ali Məclisinin Sədri adından Özbəkistandakı İmam Buxari ziyarətgahına “Qurani-Kərim” bağışlanıb
Tarix: 06.09.2017 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Səmərqənd şəhərindəki İmam Al Buxari ziyarətgahına Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri
Vasif Talıbov tərəfindən ziyarətgahın Muzeyinə bağışlanmış xüsusi nəfis şəkildə hazırlanmış “Quran” kitabının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistanın İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri İlhom Ramazanov, AMEA-nın vitze prezidenti İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Səmərqənd Vilayəti üzrə Azərbaycan diaspora təşkilatının rəhbəri Adilağa Mirzəyev, Səmərqənd Vilayət hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev Azərbaycan-Özbəkistan münasibətlərindən danışaraq, xalqlarımızın eyni kökə, mədəniyyətə, dinə malik olduğunu, iki xalq arasında əsrlərlə davam edən dostluq münasibətlərindən danışıb. O, Azərbaycan dövlətinin dinə qayğısından danışaraq, ölkədə dinlərarası dialoqa mühüm töhvələr verdiyini söylədi.
Diplomat cari ilin iyun ayında Səmərqənddə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun bu tarixi şəhərdəki İmam Al Buxari ziyarətgahında olduğunu və burada Muzeydə saxlanılan, müxtəlif dövlət rəhbərləri tərəfindən hədiyyə olunmuş “Quran” kitabları ilə tanış olduğunu qeyd edib. Səfir bildirib ki, Vasif Talıbov Muzeydə olarkən buraya Azərbaycandan da nəfis şəkildə hazırlanmış müqəddəs “Quran” kitabının hədiyyə olunmasına qərar verib.
Daha sonra çıxış edən AMEA-nın vitze prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə “İslam həmrəyliyi ili” elan edildiyini və Azərbaycanda bu il “İslam həmrəyliyi oyunları”nın keçirildiyini qeyd etdi. Azərbaycanın İslam dünyasında daim dostluq və əməkdaşlığa can atdığını qeyd edən akademik tədbirin əhəmiyyyətindən, Azərbaycanda İslam ənənələrinin qorunub saxlanılması və bu sahədə dövlət siyasətindən danışdı.
Səmərqənd Vilayəti İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri İlhom Ramazanov ziyarətgah kompleksi haqqında məlumat verərək, Azərbaycan tərəfinin təşəbbüsünü yüksək qiymətləndirdi. O, Azərbaycan-Özbəkistan dostluğundan danışaraq bu əlaqələrin yüksək səviyyəyə çatdırılmasında hər iki ölkənin liderlərinin rolunu qeyd etdi. Azərbaycan tərəfinə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova öz təşəkkürünü bildirən dini müəssisənin rəhbəri Azərbaycan tərəfdən hədiyyə edilən nəfis “Quran” kitabının komleksin Muzeyində daimi olaraq nümayiş etdiriləcəyini bildirdi.
Sonra Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev nəfis “Quran” kitabını İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri İlhom Ramazanova təqdim etdi.
Qeyd edək ki, İslam hafizlərindən biri olan İmam Buxari 810-cu ildə (hicri təqvimlə 194-cü il) indiki Özbəkistan ərazisində yerləşən Bəhratəng adlı Buxaraya yaxın bir kənddə anadan olmuşdur. 870-ci ildə isə, elə orada da vəfat etmişdir. Buxarinin müəlləq və mutəbiə rəvayətlər istisna edilməklə təkrarlı şəkildə nəql etdiyi hədislərin sayı (7593) yeddi min beş yüz doxsan üçdür. Buxarinin Məhəmməd Peyğəmbərin vəfatından 200 il sonra yazılmış şəriət hökmlərinin məcmuəsi hesab olunan “Altı kitab” ən mötəbər dini əsər sayılır. “Qurani-Kərim”dən sonra ikinci əhəmiyyətli kitab hesab olunan əl-Buxarinin ən məşhur toplusu “Səhih əl-Buxari” 97 kitabdan ibarətdir.
Özbəkistan höküməti Səmərqənd Vilayətinin Xartanq kəndində yerləşən Al Buxarinin məqbərəsini yenidənqurma işləri çərçivəsində böyük məscid, muzey, mədrəsə inşa edərək burada ziyarətgah kompleksini istifadəyə verib.
Hazırda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Özbəkistanın daxilindən yüz minlərlə insan hər il bu dini kompleksi ziyarət edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info