Mətbuat Şurası «Vaşinqton post»da yer almış məqalə ilə bağlı bəyanat verib
Tarix: 06.09.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurası «Vaşinqton post»da yer almış məqalə ilə bağlı bəyanat verib.   Mətbuat Şurasının bəyanatında deyilir:
 
"Müxtəlif vaxtlarda Azərbaycana, dövlətimizin başçısına qarşı qərəzli təşəbbüslərin həyata keçirildiyinin şahidi olmuşuq. Belə bir qərəz kampaniyası bu günlərdə də aparılmaqdadır. Söhbət «The Organized Crime and Corruption Reporting Project» (OCCRP) adlı qurumun Böyük Britaniyanın «Gurdian» nəşrində, eləcə də Avropanın digər kütləvi informasiya vasitələrində dərc olunmuş hesabatından sonra «Vaşinqton post» qəzetində də bir gündə iki anti-azərbaycançı məqalənin yer almasından gedir.
 
Ölkəmizə münasibətdə planlı şəkildə reallaşdırıldığı şübhə doğurmayan təşəbbüsün hansı mərkəzlərdən  idarə olunduğu bəllidir. Azərbaycanın müstəqil daxili və xarici siyasətini gözü götürməyən qüvvələr, onların özünü bəsit iddialara inandırmış yerli əlaltıları, erməni lobbi və diaspor təşkilatları. «Vaşinqton post»da yer almış yazılar isə Avropa mediasında dərc edilmiş hesabatın timsalında çirkin kampaniyanın söz və ifadə azadlığından sui-istifadə tərəfidir. Bu sayaq cəhdlər Azərbaycanda cəmiyyətində, o cümlədən media ictimaiyyətində təəssüf və hiddət doğurur.
 
Azərbaycan cəmiyyəti 2017-ci il iyulun 20-də dövlət başçısının jurnalistlər üçün inşa edilmiş 255 mənzillik binanın açılışında iştirakının, media təmsilçiləri ilə səmimi təmaslarının şahididir. Cənab Prezident həmin gün jurnalistlər üçün yeni binanın təməlini qoydu. Dörd il öncə isə dövlət başçısı 156 mənzillik binanın açılışına qatılmışdı. Təəssüfləndirici haldır ki, «Vaşinqton post» Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn bu sosial siyasətinə, humanist dəst-xəttinə fərqli don geydirməyə çalışır, məsələni təmənnalı münasibət müstəvisinə daşıyır.
 
Qətiyyətlə bildiririk ki, Azərbaycan dövləti, «Vaşinqton post»un iddia etdiyinin əksinə olaraq, heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman düşünməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucularının görüşünə gəlirlər.
 
Bəli, Azərbaycan jurnalistləri yaşamaq üçün mənzilə, ümumən sosial-məişət və iş şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac duyublar. Bu ehtiyacın aradan qaldırılması dövlət siyasəti üçün də prioritet əhəmiyyət daşıyıb. Dövlətimiz nəzərə alıb ki, qayğısız jurnalistin əməyi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşdirilməsi baxımından vacibdir.
 
Onu da düşünmək lazımdır ki, jurnalistlərin mənzil problemi Azərbaycanın müstəqilliyinin ilk illərindən aktual əhəmiyyət daşıyıb. Ölkəmizin media orqanlarının əsasən ayrı-ayrı xarici fondların, səfirliklərin maliyyəsindən asılı olduğu zaman kəsiyində də bu problemin həlli həyati zərurət daşıyıb. Həmin vaxt özlərini media himayədarı olaraq göstərənlər düşünməyiblər ki, jurnalistin zəhmətinin qarşılığının ödənilməsi onu mənzil sahibinə çevrilmək kimi təməl hüququna qovuşdurmur. Bunu düşünən Azərbaycan dövləti, onun Prezidentidir. Ancaq görünür, müəyyən dairələrə Azərbaycan jurnalistinin daim problemlər məngənəsində boğulduğunu, kirayələrdə yaşadığını görmək lazımdır. Məhz buna görə də onlar dövlətin sosial siyasətindən faydalanmağı təmənna olaraq qiymətləndirməkdə maraqlıdırlar. Sual yaranır: təmənna ali dəyərlər sayılan söz və ifadə azadlığı ilə imitasiya edib xarici təşkilatların anti-azərbaycançı təşəbbüslərində iştirakdır, yoxsa dövlət siyasətindən faydalanmaq?
 
«Vaşinqton post» jurnalistlərin mənzillə təminatı məsələsini qabardarkən «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi üzərində dayanır. Azərbaycan Mətbuat Şurası olaraq bununla bağlı mövqeyimizi bəyan etmişik. Əminik ki, M.Əliyevlə bağlı məsələ ədalətli şəkildə araşdırılacaq və qanuna müvafiq ölçü tədbiri götürüləcəkdir. Nəzərə alınmalıdır ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da vergidən yayınma hallarına ciddi yanaşılır. Belə olan halda bəzi Qərb dairələrinin buna ölkəmizin timsalında əhəmiyyətsiz münasibət bəsləmələri də dərin təəssüf hissi doğurur. Onların Mehman Əliyevlə bağlı məsələnin tam şəkildə araşdırılmasını gözləmədən söz və ifadə azadlığı motivlərini qabartmaları da həmçinin. Şübhəsiz ki, bu, siyasi məqsədlərdən qaynaqlanmış açıq qərəz nümayişidir.
 
Azərbaycan dövləti medianın rolunu yüksək qiymətləndirib. Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyət həyatının ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırıb. Ölkə Prezidenti hər zaman jurnalistikanın cəmiyyətdəki missiyasına həssas yanaşıb. Bu həssaslıq media ilə bağlı dövlət siyasətinin uğur formuludur. Qərəzə, hiddətə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu kölgələməyə hesablandığı aşkar görünən hər hansı kampaniya bu uğurlu yolun qarşısını almaq iqtidarında deyildir".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info