“AtaTravel” Rusiya turoperatorları üçün info-tur keçirir
Tarix: 06.05.2013 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


“AtaTravel” MMC Rusiya turist şirkətlərinin Azərbaycan üzrə info-turuna həsr olunmuş mətbuat konfransı keçirdi. “AtaTravel” MMC-nin dəvəti ilə 30-a qədər Rusiya turizm şirkətinin nümayəndəsi mayın 3-dən 8-ə kimi Bakı-Qəbələ-Naftalan-Gəncə marşrutu üzrə info-turda iştirak edir.
“Excelsior Hotel Baku” otelində keçirilən mətbuat konfransında “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev, baş direktor müavini Ərtoğrul Qafarov, “AtaHolding”ASC-nin Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova, “Rusiyanın qaynar turları” şirkətinin nümayəndəsi Əli Qəniyev və “Mars Travel Rusiya” şirkətinin direktoru Azər Məmmədov iştirak etmişdilər.
“AtaTravel” MMC-nin baş direktorunun müavini Ərtoğrul Qafarov qeyd etdi ki, hazırda turizm sahəsi ölkəmizdə dinamik inkişaf edir, ildən-ilə bu sahənin dövriyyəsi artır: “Hökumət tərəfindən turizm üzrə xüsusi dövlət proqramı qəbul edilmiş və ölkədə “Turizm ili” keçirilib. Ölkədə ilk dəfə təşkil olunmuş belə miqyaslı info-tur bilavasitə Rusiya turizm biznesinin Azərbaycana cəlb edilməsinə yönəldilib. Mütəxəssislərin rəyinə görə, Azərbaycan böyük turizm potensialına malikdir, lakin bu günə ondan tam istifadə olunmur. Bizim info-tura cəlb edilmiş 30 şirkət bütövlükdə 600-dən artıq Rusiya turist firmasının maraqlarını təmsil edir. Ona görə də biz ölkəmizə olan marağın yüksəlməsini və turist axınının artmasını gözləyirik”.
“Rusiyanın qaynar turları” şirkətinin nümayəndəsi Əli Qəniyev dedi: “Keçirilmiş info-tur tərəfdaş turizm şirkətinin potensialı və bütün üstünlükləri, ölkənin gəzməli yerləri və kurortları ilə yerində tanış olmaq üçün gözəl imkandır və bu, gələcəkdə bizə həmin istiqamətləri müştərilərimizə daha fəal təklif etməyə imkan verəcək. İnfo-turun iştirakçıları Azərbaycanın turizm sahəsində gördükləri müsbət dəyişikliklərdən, dövlətin dəstəyindən və turbiznesdə özəl sektorun fəallığından xoş təəssüratlar əldə ediblər”.
“Mars Travel Rusiya” şirkətinin direktoru Azər Məmmədov qeyd etdi ki, “Müasir turistlər daha tələbkar olublar, onlar hara səfər edəcəklərini, kim tərəfindən qarşılanacaqlarını və bunun neçəyə başa gələcəyini dəqiq bilmək istəyirlər. Şəraitlə bilavasitə yerlərdə tanış olmayan turizm firmaları öz müştərilərinə zəmanətli xidmət göstərə bilmir. Bu mənada info-turun təşkili turoperatorlara böyük köməkdir”.
Mətbuat konfransında info-turun yekunları haqqında geniş məlumat verildi. Sonra kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırıldı.
Xatırladaq ki, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaTravel” MMC 2011-ci ildə təsis edilib. “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir. Həmçinin, kreditə və əlverişli şərtlərlə tur-paketlər əldə etmək mümkündür.
“AtaTravel” MMC-nin xidmətləri barədə daha geniş və ətraflı məlumatı http://www.facebook.com/AtaTravelLtd?fref=ts səhifəsindən almaq mümkündür.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info