Prezidentin mətbuat katibi: “Bu tamamilə gülünc və qərəzli məlumatdır“
Tarix: 06.09.2017 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Azər Qasımov “The Guardian” qəzetində barəsində yazılanlara münasibət bildirib
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov  “The Guardian”  qəzetinin 4 sentyabr tarixli sayında "Azərbaycan rəsmiləri üçün gizli maliyyə sxemləri vasitəsilə ödənişlər barədəki" iddialarda adının çəkilməsinə münasibət bildirib.
 
APA-nın bununla bağlı sorğusuna cavab verən Azər Qasımov deyib: "Adıçəkilən məqalədəki "məlumatlar" o qədər absurd xarakter daşıyır ki, sözün düzü, mən heç buna reaksiya vermək istəməzdim. Bildiyiniz kimi, dünyada Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisini maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri mütəmadi olaraq Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Haqqında sual ünvanladığınız məqalə də bu sıradandır. Özü də bu cür yazılar  elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır. Konkret mənim adıma gəldikdə, bu tamamilə gülünc və qərəzli məlumatdır.  Bir də ki, məqalənin müəlliflərinin birinin Dina Naqapetyan olduğunu nəzərə alsaq, məsələyə daha çox aydınlıq gətirilmiş olar. Bir daha bildirirəm ki, bu cür xəstə təxəyyülün məhsulu olan cəfəngiyatlar yalnız Azərbaycanın imicinə zərər vurmaq xarakteri daşıyır".
 
A. Qasımov hesab edib ki, bu cəhdlər nəticəsiz olacaq: "Bütün bu səylər boş və mənasız məşğuliyyətdən başqa bir şey deyil. Fikrimcə, özünü ciddi mətbu orqan hesab edən istənilən kütləvi informasiya vasitəsi bu cür mənasız məlumatlara əsaslanan yazılar dərc etməməlidir". 




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info