Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 2,7 faiz artıb
Tarix: 06.09.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-iyul aylarında Bakı şəhərinin pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyul aylarına nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artaraq 10 milyard 304,9 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildiriblər ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 4 milyard 672,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq 5 milyard 632,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 18,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Cari ilin yanvar-iyul aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 25,5 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,4 faizi hüquqi şəxslərdən, 2,6 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsulları realizə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib
18.02.2019
Gömrükçülər Türkiyə təcrübəsini öyrənirlər
18.02.2019
“Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info