Onlar Azərbaycana qarşı olanlarla bir cərgədədirlər
Tarix: 06.09.2017 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Azərbaycan məhkəmə qaydasında fransız ictimai telekanalı "France 2"yə və jurnalist Eliza Lyusiyə qarşı təhqiqata başlayıb.
Buna səbəb, telekanalın Azərbaycana qarşı qərəzli, heç bir əsası olmayan, böhtan xarakterli material yayması olub.
"France 2"nin jurnalistləri (Eliza Lyusidən başqa Loran Rişarın da adı hallanır) 2015-ci ilin sentyabrında Azərbaycanla bağlı qərəzli reportaj hazırlayıblar.
AzNews.az xəbər verir ki, Azərbaycan tərəfinin vəkili Olivye Pardo efirə çıxmış həmin reportajı "Azərbaycandakı real vəziyyəti əks etdirmədiyi üçün" qınayıb.
Azərbaycan bir avro məbləğində simvolik kompensasiya tələb edib. Hər iki jurnalistə isə 12000 avro məbləğində cərimə kəsilə bilər.
Azərbaycanın tələb etdiyi bir avroluq kompensasiya da göstərir ki, məhkəməyə müraciət edilməsinin əsas məqsədi ölkəmizə qarşı qarayaxma kompaniyasının qarşısını almaqdır.
Fransada başlayan məhkəmə prossesinin gedişi isə növbəti dəfə göstərdi ki, "beşinci kalon" və psevdo azərbaycansevərlər daimi ermənilərlə əlbir olub, eyni mövqedən çıxış edirlər.
Məhkəmənin kuluarlarında əsl anti-Azərbaycan ordusu toplaşıb. Arif Yunus və Qənimət Zahid erməni diasporasının ən radikal üzvləri ilə birləşib, növbəti dəfə Azərbaycana qarşı olan erməniparəst mövqeyi dəstəkləyib. Bu məkəmə araşdırması yenicə başlasa da, prosses artıq indidən kimin kim olduğunu bir daha sübut etdi. Azərbaycanı sevən, öz xalqının maraqlarını düşünənlər Fransanın qərəzli mətbuatına qarşı, yalnız öz şəxsi maraqlarını güdən və Azərbaycana nifrət edən "beşinci kalon" isə ermənilərlə eyni cərgədə yer alıb.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info