Özbəkistan-Qırğızıstan münasibətlərinin “donu açılır”
Tarix: 06.09.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Özbəkistan prezidentinin Bişkek səfərində mübahisəli sərhəd məsələsi ilə bağlı ilkin razılıq əldə edilib

Özbəkistan prezidenti Şavkat Mirziyayev Qırğızıstana rəsmi səfər edib. Şavkat Mirziyayevin Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşündə siyasi, ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, sərhədyanı regionların qarşılıqlı fəaliyyətinin artırılması, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi və perspektivləri ətrafında geniş müzakirələr aparılıb.
Görüşdə su ehtiyatlarından səmərəli istifadə olunması, Qırğızıstan ərazisindən Çinə dəmir yolunun çəkilməsi məsələləri də diqqət mərkəzində olub. Tərəflər bu ilin oktyabr ayında Qırğızıstanda Özbəkistan mədəniyyət günləri, gələn il isə Özbəkistanda Qırğızıstan mədəniyyət günlərinin keçirilməsini qərara alıb. Deyilib ki, Özbəkistanda təxminən 300 min qırğız yaşayır. Onların adət-ənənələrini, mədəniyyətini, dilini qorumaq üçün hər cür şərait yaradılıb, 56 məktəbdə tədris qırğız dilində aparılır. Görüşün sonunda dövlət başçılarının birgə bəyanatı qəbul edilib, əlaqələrin inkişafı ilə bağlı sənədlər imzalanıb. Ekspertlər hesab edir ki, Özbəkistanda devalvasiya elan olunandan sonra belə bir səfərin reallaşması təsadüfü deyil. Özbəkistan Mərkəzi Bankı tərəfindən müəyyənləşən yeni kurs ixracı stimulalşdırmağa xidmət edir. Bu səbəbdəndir ki, Özbəkistan dövlət başçısını iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edir. Özbəkistanla Qırğızıstan arasında münasibətlər heç də yaxşı olmayıb. Əvvəlki dövlət başçısı İslam Kərimovun hakimiyyətdə olduğu illər ərzində cəmi iki dəfə 1991 və 2000-ci ildə Bişkekə səfər etməsi münasibətlərdə xeyli problem olmasına işarədir. Elə Şavkat Mirziyayev də həmkarı ilə görüşdə bildirib ki, ötən 20-25-il ərzində münasibətlərdə olan problemlər iki xalqın dostluq ruhuna uyğun formada həllini, tapmayıb. İndi isə rəsmi Daşkənd qonşularla münasibətləri nizamlamaq siyasətin, həyata keçirməyə başlayıb. Məşhur özbək eksperti Bəxtiyar Erqaşev mətbuata açıqlamasında bildirib ki, yeni dövlət başçısının qonşularla yaxınlaşma siyasəti atıq Qazaxıstan və Türkmənistanla münasibətləri yaxşılığa doğru dəyişib: “Tacikistan və Qırğızıstanla münasibətlərdə isə xeyli problemlər var. Rəsmi Daşkənd problemlərin yığıldığı dövlətlər arasında seçimini Qırğızıstanın xeyrinə edib. Bu isə səbəbsiz deyil. Özbək iş adamları əməkdaşlıq məsələsini tez-tez qaldırırlar. Özbək məhsullarının ixracı üçün sərhədlərin açılması vacibdir. Qırğız bazarı böyük olmasa da, özbək məhsulları orada özlərinə alıcı tapa bilər. Amma Özbəkistanda bəzi siyasi dairələr səfərin indi reallaşmasını doğru saymır. Onlar hesab edir ki, bu səfər seçkidən sonra olmalı idi ki, bütün müqavilələr yeni hakimiyyətlə razılasdırılsın. Amma Şavkat Miriziyayevin səfəri indi reallaşdırması həm də ona dəlalət edir ki, o, Atambayevin bu və ya digər formada hakimiyyətdə olacağına və imzalanan sənədlərin reallaşmasına təminat verəcəyinə əmindir. Onun baş nazirlə görüşünü də qeyd etmək lazımdır. Bu şəxs təyinata qədər Prezident Administrasiyasında xarici siyasət kursunu müəyyən edirdi. 2018-ci ildən Qırğızıstan hakimiyyətində əsas şəxs baş nazir olacaq. Üstəlik onu da nəzərə almaq lazımdır ki, 200 km-lik sərhəd xətti ilə bağlı ciddi problemlər qalmaqdadır”. Qırğızıstanlı ekspert Kubat Rəhimov isə bildirib ki, bu səfər Fərqanə vadisi, xüsusilə sərhəd rayonlarının inkişafına əlavə impuls verə bilər: “Səfərin digər vacib tərəfi regional təhlükəsizlik, demarkasiya və delimitasiya məsələləridir. Hələlik sərhədlə bağlı aralıq sənəd imzalanır. Amma belə davam edərsə, il yarıma finişə çatmaq mümkün olacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info