Ombudsman Füzuli rayonunda ictimai dinləmələr keçirib
Tarix: 06.05.2013 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Bu gün Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Füzuli rayonunda növbəti ictimai dinləmələr keçirib. İctimai dinləmədə rayon İcra Hakimiyyəti və bələdiyyələrin, məhkəmə, prokurorluq və daxili işlər orqanlarının, dairə seçki komissiyalarının, habelə ictimaiyyətin, yerli QHT və KİV nümayəndələri iştirak ediblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ictimai dinləmənin əhəmiyyətini vurğulayıb. O, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Füzuli rayonunda abadlıq-quruculuq işlərinin aparıldığını, sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib. Qeyd edib ki, Regionların sosial-iqtisadi inkişaf proqramı rayonda uğurla həyata keçirilir, yeni iş yerləri açılır, əməkhaqları və pensiyalar, sosial müavinətlər vaxtında sahiblərinə çatdırılır. Alı Alıyev rayonda keçirilən ictimai dinləmənin əhəmiyyətini qeyd edərək, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin prioritet məsələlərindən olduğunu vurğulayıb. A.Alıyev həmçinin insan hüquqlarının müdafiəsinin vacibliyini və MFP-nin əhəmiyyətini bildirib, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonda insan hüquqlarının təminatı və adıçəkilən sənədin icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib, MFP üzrə müvafiq Tədbirlər planının qəbul olunduğunu söyləyib. A.Alıyev vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönələn tədbirlər istiqamətində rayonda görülən tədbirlər barədə danışıb.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə edən E.Süleymanova ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk proqram olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” barədə məlumat verib. Milli Fəaliyyət Proqramının Füzuli rayonunda da həyata keçirilməsi nəticəsində 2012-ci il ərzində görülən işlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Müvəkkil 2013-cü ili Azərbaycanda Prezident seçkiləri ili kimi vurğulayaraq seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq, ölkə Prezidentinin müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd edib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini söyləyib. Ombudsman eyni zamanda bəzi problemləri də qeyd edərək, rayonda MFP-nin icrası, insan hüquqlarının, o cümlədən seçki hüquqlarının daha səmərəli təmin olunması üzrə digər zəruri məsələləri müzakirəyə çıxarıb.
Müzakirələrdə rayon prokuroru, polis rəisi, müəllimlər və digər iştirakçılar çıxış edərək rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, qızların təhsildən kənarda qalması probleminin olmaması, habelə məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi və digər məsələlər barədə məlumat veriblər.
Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının qaynar xətləri barədə məlumat verərək insanların müraciətlərinə dərhal baxıldığını vurğulayıb.
Sonda MFP-nin nüsxələri, təsisat tərəfindən hazırlanan digər maarifləndirici vəsaitlər təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info