Türkiyənin dörd vilayətində 16 terrorçu zərərsizləşdirilib
Tarix: 06.09.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Türkiyədə PKK terror təşkilatına qarşı ölkə miqyasında həyata keçirilən əməliyyatlar zamanı dörd vilayətdə ümumilikdə 16 terrorçu zərərsizləşdirilib. Anadolu Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda qeyd olunub ki, sentyabrın 6-da keçirilən əməliyyatlar nəticəsində Şırnakda 5, Ağrıda 5, Muşda biri yaralı olmaqla 5 və Mersində isə 1 terrorçu zərərsizləşdirilib. Şırnakın Uludərə rayonunda keçirilən əməliyyatlar zamanı 5 terrorçu öldürülüb. Ağrı vilayətinin Diyadin rayonunda Hərbi Hava Qüvvələrinin də iştirakı ilə həyata keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Muşun Alaniçi kəndində aparılan əməliyyatlar zamanı isə dörd nəfər öldürülüb, bir terrorçu yaralı vəziyyətdə ələ keçirilib. Əməliyyatlar zamanı PKK terrorçuları ilə yanaşı, “İŞİD” terror qruplaşmasının bir üzvü də öldürülüb. Belə ki, Mersin vilayətinin Yenişehər rayonunda polis şöbəsinin binası qarşısında üzərində bomba yerləşdirilən terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
ABŞ İranın ali dini liderinə qarşı sanskiyalar tətbiq edib
25.06.2019
Kaliforniyada atışma baş verib, ölənlər var
25.06.2019
Mövlud Çavuşoğlunun S-400-lərlə əlaqədar açıqlaması
24.06.2019
ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər, əgər...
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info