Kuba yenidən ofşor karbohidrogen kəşfiyyatına başlayacaq
Tarix: 06.09.2017 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Kuba cari ilin sonundan ofşor karbohidrogen kəşfiyyatına yenidən başlayacaq. Bu barədə ölkənin “Cupet” dövlət enerji şirkəti məlumat yayıb. Şirkət sözügedən ofşor bloklarda Çinin “BGP Marine” şirkətinin geofizikləri tərəfindən aparılan 2 ölçülü seysmik tədqiqatların tamamlandığını açıqlayıb. Tədqiqatların nəticələri tezliklə bloklara maraq göstərən şirkətlərə təqdim ediləcək. “İlk dəfə apardığımız tədqiqatlar uğursuzluqla nəticələnsə də, sularımızda kifayət qədər böyük ehtiyatların olduğuna inanırıq”, - deyə “Cupet”dən bildirib. Xatırladaq ki, hələ beş il əvvəl dünyanın bir neçə iri şirkətləri tərəfindən birgə dərinsulu qazma kampaniyası həyata keçirilsə də, sənaye əhəmiyyətli ehtiyatlar əldə edilməmişdi. ABŞ-ın Geoloji Tədqiqatlar Bürosu Meksika körfəzinin Kubaya məxsus hissəsindəki ehtiyatları 9 milyard barrel neft ekvivalenti həcmində qiymətləndirir. Kuba isə bu göstəricinin 20 milyard barrel civarında olduğunu güman edir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info