Yaponiya və Rusiya birgə iqtisadi layihələrlə bağlı razılığa gəliblər
Tarix: 06.09.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin Kuril adaları silsiləsinə daxil olan dörd adada birgə iqtisadi əməkdaşlıqla bağlı prioritet layihələrin icrası üçün razılığa gələcəklər. Ş.Abe Rusiyanın Vladivostok şəhərində keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edəcək. Rusiya Prezidenti ilə yüksək səviyyəli görüşün bu gün keçiriləcəyi gözlənilir. İki ölkə arasında əsasən beş istiqamətdə - dəniz məhsullarının, istixanalarda tərəvəzlərin yetişdirilməsi, turizmin inkişafı, külək enerjisindən istifadə və tullantıların emalı sahələrində layihələrin qəbul olunacağı gözlənilir. Yaponiya tərəfinin Rusiyadan adaların keçmiş sakinlərinin valideynlərinin məzarlarını ziyarət edə bilməsi üçün hava daşımalarının sayının artırılmasını xahiş ediləcəyi də bildirilir. Bununla yanaşı, adaların çıxış nöqtələrinin sayının çoxaldılması barədə məsələnin müzakirə ediləcəyi gözlənilir. Görüş zamanı Yaponiyanın iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı təklif etdiyi səkkiz bəndlik proqrama uyğun olaraq hazırlanmış 30-dək sənədin imzalanacağı da nəzərdə tutulub. Yaponiya hazırda Rusiyanın nəzarəti altında olan dörd adanın onun tarixi əraziləri olduğunu iddia edir. Bu adaların II Dünya müharibəsi nəticəsində işğal edildiyi bildirilir. Sammitdə, eyni zamanda, Şimali Koreya mövzusunun da gündəlikdə olacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info