Avropa İttifaqı məhkəməsi Macarıstan və Slovakiyanın iddiasını rədd etdi
Tarix: 07.09.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Budapeşt və Bratislava Avropa İttifaqının miqrant kvotası ilə bağlı qərarının ləğvini tələb edir

Avropa İttifaqı məhkəməsi Macarıstan və Slovakiyanın miqrantlarla bağlı iddialarını rədd edib. Xatırladaq ki, təşkilata üzv olan bu dövlətlər Avropa İttifaqının tələbinə uyğun olaraq öz ərazilərinə qaçqın qəbulundan imtina ediblər. Onlar tələb olunan kvotanın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdilər. “RİA Novosti”nin verdiyi bilgiyə görə, məhkəmə instansiyası hər iki ölkənin iddialasını rədd edib.
Avropa İttifaqı məhkəməsinin baş vəkili əvvəlcədən tövsiyə etmişdi ki, məhkəmə qərar qəbul edərkən Budapeşt və Bratislavanın iddialarını rədd etməlidir. Avropa İttifaqı məhkəməsinin qərarında deyilir ki, ittifaqın əldə etdiyi razılaşma miqrant axını ilə bağlı qəfil yaranan fövqəladə vəziyyətləri idarə etmək və situasiyaya operativ reaksiya vermək, qabaqlayıcı tədbirlər görmək baxımından önəmlidir. Qeyd edək ki, məhkəmənin qərarında qeyd edilir ki, bu tədbirlərin reallaşması zamanı Avropa İttifaqının qanunvericilik aktlarından kənara çıxmaq mümkündür. Əsas kimi isə qeyd edilib ki, bu tədbirlər Avropa İttifaqının qanunvericilik aktları kimi qəbul edilmədiyi üçün milli parlamentlərdə müzakirəyə çıxarılmayıb. Ona görə də Aİ-nin Şurasında açıq müzakirə və səsvermə keçirilməyib. Xatırladaq ki, Macarıstan və Slovakiya hələ 2015-ci ilin sentyabrında Yunanıstan və İtaliyadan göndərilən 120 min qaçqını öz ərazilərində yerləşdirməkdən imtina etmişdilər. Avropa İttifaqı rəsmiləri hesab edirlər ki, miqrantların bu qayda ilə paylanması Yunanıstan və İtaliyada, ümumilikdə isə qitədə miqrasiya təzyiqini azalda bilər. Amma Budapeşt və Bratislava bu uzağa məhəl qoymadı. Həmin ərəfədə bu qərara qarşı Macarıstan, Rumıniya, Slovakiya, Çexiya və Finlandiya etiraz səsini ucaltdı. Macarıstan və Slovakiyanın mövqeyini dəstəkləyən Polşadan fərqli olaraq, Belçika, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, Fransa, İsveç Avropa Komissiyasının miqrant kvotası ilə bağlı qərarını dəstəkləyir. Qeyd edək ki, Slovakiya və Macarıstan öz iddialarını qaçqınların köçürmə qərarında müəyyən qaydaların pozulması ilə əlaqələndirərək özlərini haqlı hesab edirlər. Həmin ölkələr iddia edir ki, miqrantların kvota ilə bölünməsi miqrasiya böhranını həll etməyəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info