“Retro mahnılar ölməz əsərlərdir, ona görə də unudulmamalıdır”
Tarix: 07.09.2017 | Saat: 11:16:00 | E-mail | Çapa göndər
Kamran Rzayev: “Musiqi bayramı 3” layihəsində həm Azərbaycan, həm də xarici sənətkarların repertuarından retro mövzusuna və mahnılara müraciət ediləcək”
“Excelsior Hotel & Spa Baku” otelinin İnsan Resursları Departamentinin rəhbəri Kamran Rzayev: “Növbəti proqramda Müslüm Maqomayev, Rəşid Behbudov, Lütfiyar İmanov, Tom Cons, Eddi Uilyams və Elvis Preslinin əsərlərinə müraciət etməyi düşünürük”
Artıq neçənci dəfədir ki, “Excelsior Hotel & Spa Baku” otelinin İnsan Resursları Departamentinin rəhbəri Kamran Rzayevin ifası ilə ərsəyə gələn konsert proqramları dinləyicilərdə müsbət emosiya, xoş təəssürat və alqışa səbəb olmaqdadır. Bu konsertlərdən birində iştirak etmiş dinləyici, mütləq növbətisində də iştirak etmək istəyir və yeni konsert proqramının elan ediləcəyini gözləyir. “Excelsior Hotel & Spa Baku” otelinin İnsan Resursları Departamentinin rəhbəri Kamran Rzayevlə söhbətləşdik. 
- Kamran müəllim, sizin ifanızla son belə konsert YARAT Müasir İncəsənət Mərkəzində keçirildi. Bu barədə təəssüratlarınızı bilmək maraqlı olardı...
- Çox gözəl konsert tədbiri keçirildi. Yay vaxtı olduğuna görə insanlarımızın çoxu, eləcə də peşəkar musiqiçilərimizin bir qismi istirahətdədir. Bu baxımdan bir qədər həyəcan keçirirdik ki, çatışmazlıq yarana bilər. Buna baxmayaraq, bütün səylərimizi ortaya qoyduq və bu konsertin keçirilməsinin nəticələrinə baxanda, bu layihəni çox uğurla başa vurduq. Bundan öncə də bizim “Excelsior Hotel & Spa Baku” otelində “Musiqi bayramı 1” və “Musiqi bayramı 2” konsert layihələrimiz keçirilmişdir. Bu tədbirlərin hər ikisi çox rəngarəng və yaddaqalan keçirilib. “Musiqi bayramı 1” konsert proqramı Azərbaycanın görkəmli müğənni və bəstəkarı Müslüm Maqomayev və Amerikanın rok-n-roll ulduzu Elvis Preslinin yaradıcılığına həsr edilmişdi. “YARAT” Müasir İncəsənət Mərkəzi tərəfindən keçirilən “Canlı musiqi axşamı” konserti çox yaddaqalan və əyləncəli, eyni zamanda ruh oxşayan tədbir oldu. Bütün bu konsert layihələrinin təşkilində, əlbəttə ki, “AtaHolding”in Korporativ Kommunikasiyalar şöbəsinin mühüm rolu var. Layihələrin həyata keçirilməsində bütün koordinasya işlərini “AtaHolding”in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova reallaşdırıb. Bizə konserti yüksək səviyyədə keçirməyə şərait yaratdıqlarına görə “YARAT” Müasir İncəsənət Mərkəzinə dərin minnətdarlığımızı bildiririk. Biz də bütün gücümüzlə çalışdıq ki, “YARAT” Müasir İncəsənət Mərkəzinin bizə göstərdiyi bu böyük etimadı doğruldaq və düşünürəm ki, buna nail olduq. Mərkəzin nümayəndəsi Əmrahlı Fidan xanım başda olmaqla, “YARAT” Müasir İncəsənət Mərkəzinin kollektivinə ürəkdən təşəkkür edirik.
- Bundan sonra daha hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?
- “Excelsior Hotel & Spa Baku” oteli olaraq hər il olduğu kimi, Yeni il ərəfəsində xidməti personal üçün korporativ tədbirlər həyata keçirməyi planlaşdırırıq. Həmçinin, “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin 2018-ci il üçün tərtib etdiyi plana əsasən, 2018-ci ildə növbəti “Musiqi Bayramı 3” konsert proqramımız olacaq. “Musiqi bayramı 3” layihəsində həm Azərbaycan, həm də xarici sənətkarların repertuarından retro mövzusuna və mahnılara müraciət ediləcək.
- Tamaşaçıların bu cür konsertlərə maraq və reaksiyasını necə qiymətləndirirsiniz?

- Doğrusu, bu barədə mənim qiymətləndirməm subyektiv alına bilər. Təvazökarlıq bu barədə kara gəlir, desəm, yanılmaram (gülür). Mənim üçün ən böyük nəticə odur ki, konsertimizə gələn iştirakçılar, dinləycilər bizdən təbəssüm və xoş təəssüratla ayrılsınlar. Konsertlə bağlı alqışlar olanda, hiss edirik ki, konsertin öhdəsindən yaxşı gəlmişik, şirkət, holdinq və kollektiv olaraq bunu keçirməyə gücümüz və qabiliyyətimiz çatır, nəticədən isə məmnun qalırıq. 

- Bu cür konsert təşkil etmək və orada mahnı ifa etmək ideyası sizdə ilk dəfə necə yarandı?

- Özüm 5 il hobbi olaraq klassik vokalla məşğul olmuşam. Qeyri-rəsmi olaraq bununla bağlı konservatoriyada təhsil də almışam. Bu, çox sevdiyim bir hobbidir. İlk dəfə özümün konsertdə ifa etməyimlə bağlı ideya Yeni il ərəfəsində personal üçün keçirdiyimiz tədbirdə reallaşdı. Biz otelin insan resursları departamenti olaraq şənlik tədbirinin bütün ssenarisini və keçirilməsini üzərimizə götürmüşdük. Bizdə otel daxilində bir motivasiya proqramı da var. Belə ki, biz “Ayın işçisi”, “İlin işçisi” nominasiyalarını elan edirik və bu cür tədbirlər çox təmtəraqlı keçirilir. Belə tədbirlərdən birində mahnı ifa etdim. Bundan sonra “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş “Nə?, Harada?, Nə vaxt?” intellektial yarışlarının musiqi fasiləsində mahnılar ifa edirdim. Sonra “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova mənə ayrıca konsert proqramını həyata keçirmək təklifi verdi. Beləliklə, bizim konsert təşkil etməyimiz belə bir təklifin ideyaya çevrilməsindən yarandı. Bu, bizim PR proqramına uyğun olaraq keçirildi. Doğrudur, ilk konsert olduğuna görə daha çox həyəcanlı idik. Buna baxmayaraq, bu konsert də çox uğurla həyata keçirildi. Hər konsertdən dərhal sonra yeni bir konsert həyata keçirmək təşəbbüsü irəli sürüldü. Bəlkə də birinci konsertimiz yetərincə uğurlu olmasaydı, növbəti konsertlər keçirilməzdi. Amma nə yaxşı ki, birinci və ondan sonrakılar da çox uğurlu və bizi məmnun edəcək səviyyədə alındı. Biz konsertimizin bəyənildiyini və alqışlandığını görəndən sonra növbəti bənzər proqramların həyata keçirilməsində qərarlı olduq.
- Növbəti konsertinizdə konkret olaraq kimlərin repertuarına müraciət edəcəksiniz?
- İlk növbədə, Müslüm Maqomayevin, Rəşid Behbudovun, Lütfiyar İmanovun, Tom Cons, Eddi Uilyams, Frank Sinatra, Elvis Preslinin və bu tipli klassiklərin əsərlərinə müraciət etməyi düşünürük. Burada da retro mahnılar üstünlük təşkil edəcək. Çünki onlar hamısı ölməz əsərlərdir, ona görə də unudulmamalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2017
“Depressiyaya tez-tez düşən insanlar payız depressiyasına da asanlıqla yaxalanırlar”
30.08.2017
“Gürcüstanda ictimai fəallıq göstərməliyik”
16.08.2017
“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi bir sıra iqtisadi göstəricilərin yüksəlməsinə şərait yaradıb”
16.08.2017
“Kopenhagen“in baş məşqçisi: “Qarabağ“ favoritdir“
11.08.2017
“Bir çox futbolçumuz ilk dəfə Avroliqa oyununa çıxırdı”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7348

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info