İsveçdə şübhəli sayılan şəxs saxlanılıb
Tarix: 07.09.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Sentyabrın 6-da axşam İsveçin cənubunda bir nəfər saxlanılıb. O, ölkə ərazisində terror aktı hazırlamaqda şübhəli bilinir.
Yerli KİV-lər bu barədə krallığın prokurorluğu tərəfindən yayılmış press-relizə istinadla məlumat verirlər.
Dövlət ittihamçısı Yevamari Xaqqkvist mətbuat üçün məlumatda qeyd edib ki, bu şəxs barəsində ittiham əsassız deyil, onun həbs edilməsi bununla bağlıdır ki, o, istintaqa ziyan vura bilərdi. Dövlət ittihamçısı daha sonra əlavə edib ki, İsveç məhkəməsi şübhəli şəxsi bundan sonra da həbsdə saxlamağın zəruri olub-olmaması barədə cümə gününə qədər qərar çıxaracaq.
Prokurorluğun məlumatında, istintaq mülahizələri əsas götürülərək, həmin şəxsin harada saxlanılması və bu hadisənin təfərrüatı açıqlanmır, şübhəli şəxsin adı və istintaqın fikrincə, onun əlaqələri ola biləcək təşkilatın adı da bildirilmir.
Lakin İsveç prokurorluğunun məlumatında qeyd edilir ki, istintaqın gedişində şübhəli şəxs onun təqsirləndirildiyi cinayətə aidiyyəti olduğunu etiraf etməyib.
İsveçin “Avtonbladet” tabloidində yayılmış məlumata görə, şübhəli şəxsin təxminən 30 yaşı var, istintaq çərçivəsində onun avqustun 21-dən sonra törədilmiş cinayətdə təqsirləndirildiyi bildirilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info