“Məmməd Süleymanov” gəmisi təmir olunur
Tarix: 07.09.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ixtisaslaşdırlmış donanmasına məxsus “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gəminin avar və sükan qurğuları keyfiyyətlə təmir edilir, sualtı və suüstü hissələrinin, lövbər və lövbər zəncirinin rənglənməsi həyata keçirilir. Gəminin gövdə hissəsinin qüsurlu yerləri də təmir olunur. Eyni zamanda, üzən vasitənin göyərtəsində dəmir lövhələr dəyişdirilir.
Uzunluğu 45,635 metr, eni 9,310 metr olan gəminin maksimal sürəti 11,4 uzel, dedveyti isə 171 tondur.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və sair) daşınmasında ən müxtəlif xidmətlər göstərir. Təmirə dayanan “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi də bu xidmətlərdə istismar edilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info